PDF Oxu

Siyasət

  • 13

YAP Zaqatala rayon təşkilatı bələdiyyə seçkilərinə unamla hazırlaşır

YAP Zaqatala rayon təşkilatı bələdiyyə seçkilərinə unamla hazırlaşır

Dünən YAP Zaqatala rayon təşkilatında təbliğat kampaniyasının qrafikinə uyğun olaraq Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlərin dəstəklənməsi ilə əlaqədar rayonun Aşağı Tala kəndində partiya namizədləri və seçicilərlə görüş keçirilib. Görüşdə YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, qərargah üzvü Tahir Məmmədov iştirak ediblər.

YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov tədbiri açaraq, bələdiyyələrin cəmiyyətimizdə yeri və rolu, o cümlədən dövlətimizin bələdiyyələrə dəstəyi haqqında ümumi məlumat verib. Natiq çıxışında qeyd edib ki, 23 bələdiyyə üzrə 229 yerin hər birinə partiya üzvlərinin namizədliyi irəli sürülmüş, onların hər biri ali təhsilli olmaqla, üzvülər arasında gənclər və qadınlar vardır. H.Qurbanov seçicilərə Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməklə və onlara səs verməklə daha uğurlu rifahlarına səs vermiş olacaqlarını bildirib. Sonra Aşağı Tala kəndindən olan namizədlər - İlham Ərəbov, Vüqar Abdurəhmanov, Yuzmila Ağayeva, Abdulsalam Qədirov öz platformaları üzrə çıxış ediblər. Namizədlərin çıxışlarından sonra söz seçicilərə verilib.

Seçicilər - şəhid atası Şabanov Rəcəb, Davudova Züleyxa çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada əldə olumuş nailiyyətlər, aparılmış tikinti-abadlıq və quruculuq işləri, Azərbaycanın beynəlxalq arenada nüfüzu, bələdiyyələrin fəaliyyəti və rolu haqqında geniş çıxış edərək digər seçiciləri də partiyanın namizədlərini dəstəkləməyə və seçkilərdə fəal iştiraka çağırıblar.

YAP Zaqatala rayon təşkilatı görüş qrafikinə uyğun olaraq yerlərdə təbliğat işini uğurla davam etdirməkdədir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər