" "Sosialist İnternasionalı""nın (Sosintern) baş katibi Luis Ayalanın Azərbaycana səfəri və ölkə Prezidenti cənab İlham Əliyevlə görüş keçirməsi bir daha sübut edir ki, Azərbaycanda aparılan sosial və xarici siyasət çox uğurludur. Biz də Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) olaraq, bu siyasəti dəstəkləyirik". Bu fikriləri SİA-ya ASDP-nin sədri Araz Əlizadə Sosinternin baş katibi Luis Ayalanın ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda "diktatura hökm sürür" fikirlərini irəli sürənlərin özləri partiyalarında diktatura rejimi sürdürürlər: "Luis Ayala Çilidə Pinoçet rejiminə qarşı mübarizə aparanlardan biri olub və real diktaturanın nə olduğunu yaxşı bilir. Ona görə də bu gün ölkədə belə bir vəziyyətin olmasını iddia edənlər ilk növbədə özlərinin fəaliyyətlərini araşdırsınlar. Bu gün AXCP-də, Müsavatda baş verənlər məhz dikratura idarəçiliyidir. Onların hakimiyyətdə olduqları zamanlar da diktatura rejimi mövcud idi".
ASDP sədri sonda bir daha qeyd edib ki, əgər Azərbaycanda həqiqətən də radikalların iddia etdikləri vəziyyət olsaydı, Ayala nə ölkəmizə gələr, nə də ölkə rəhbərliyi ilə görüş keçirməyə çalşmazdı: "Bu baxımdan, kim nə istəyirsə, danışsın. Mövcud olan fakt isə ortadadır".
sia.az