PDF Oxu

Siyasət

  • 6

Əli Həsənov: “Qarşıda bizi çox mühüm hadisələr, mühüm inkişaf gözləyir” Açıqlama

Əli Həsənov: “Qarşıda bizi çox mühüm hadisələr, mühüm inkişaf gözləyir” Açıqlama

"Gənclər siyasətini həyata keçirmək üçün birinci dövlət qurumu Gənclər və İdman Nazirliyidir. Nazirlik 1994-cü ildən, yarandığı gündən bu günə qədər Azərbaycanın gənclər siyasətini uğurla həyata keçirib". SİA-nın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə "Gənclər Təşkilatları: yeni imkanlar və müasir çağırışçılar" adlı tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.O qeyd edib ki, Azərbaycan Gənclər Fondunun yeni yaranmasına baxmayaraq, əldə edilən uğurlar müsbət dəyərləndirilir: "Azərbaycanda gənclər siyasətini uğurla həyata keçirən birinci qurum Gənclər və İdman Nazirliyi və onun digər təsisatlarıdır. İkinci, əlbəttə gənclər siyasəti ilə bağlı dövlətin formalaşdırdığı digər əlavə qurumlar var. Bu qurumlardan biri də Gənclər Fondudur və bu gün həqiqətən burda çıxış edənlərin əksəriyyəti müsbət dəyərləndirilir. Mən də hesab edirəm ki, bu 3 ildə fond şəffaf formada fəaliyyət göstərib. Ən əsas məqamlardan biri budur. Heç kəs deyə bilməz ki, fonddan aldığı qrantlardan bir qismi kiməsə verilib. Heç kim deyə bilməz ki, fondda qrantları nəyinsə hesabına paylayırlar. Orada şəffaf müşahidə şurası var. Prezident Administrasiyasının rəhbərlik etdiyi fondların hamısında vəziyyət belədir. Gənclər Fondundan əvvəl Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaranıbdır. Heç kim deyə bilməz ki, ordan aldığı pulun bir qismini kiməsə qaytarır. Elm Fondu yaradılıbdır, heç kim deyə bilməz ki, Elm Fondunun vəsaiti hansı isə qaranlıq məqamlarla müşahidə olunur. Prezident yanında yaradılan bu fondların hamısı belə şəffaf, praktikdir. Fondun fəaliyyətini mən də təqdir edirəm və düşünürəm ki, 3 il bir təşkilatın fəaliyyətinə qiymət vermək üçün az vaxtdır. Qarşıda bizi çox mühüm hadisələr, mühüm inkişaf gözləyir. Bu inkişafda bizim əsas söykəndiyimiz təməl, gənclərdir. Hər birimizin ailəmizdə gənclər var. Bəzən bir ailə bir gənci istiqamətləndirməyə, idarə etməyə, doğru yola yönəltməyə çətinlik çəkir. Ama bu dövlət 3 milyonu doğru yönəltməlidir ki, gələcəkdə bu estafeti onlar layiqincə qəbul edib, layiqincə davam etdirsin. Yəni dövlət siyasəti o qədər də asan məsələ deyil. Çox mürəkkəb bir məsələdir".

sia.az

Digər xəbərlər