PDF Oxu

Siyasət

  • 11

PA rəsmisi: “Ölkəmiz tolerantlıq məkanı kimi bütün dünyada ad qazanıb” Açıqlama

PA rəsmisi: “Ölkəmiz tolerantlıq məkanı kimi bütün dünyada ad qazanıb” Açıqlama

"Azərbaycan dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasında təmsil olundu, Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etdi". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə "Gənclər Təşkilatları: yeni imkanlar və müasir çağırışçılar" adlı tədbirdə çıxışı zamanı deyib.O, Azərbaycanın müstəqillik əldə etdiyi gündən bu günə qədər əldə etdiyi nailiyyətlərdən danışıb: "Biz 23 ildə nəyə nail olmuşuq? İlk növbədə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və səyləri nəticəsində Azərbaycan dövləti quruldu. Bu gün öyünə biləcəyimiz ən dəyərli sərvətimiz Azərbaycan dövlətinin varlığıdır. Azərbaycan iqtisadi inkişafı ilə beynəlxalq aləmin diqqətini özünə cəlb etməyə, dünyanın enerji xəritəsində özünəlayiq yer tutmağa və onu dəyişdirməyə nail oldu. Azərbaycanda həyata keçirilən sosial siyasət artıq nümunə kimi təqdim edilir. Azərbaycanda xalqlar, millətlər və etnik qruplar arasında sivil birgəyaşayışın nümunəvi modeli formalaşıb, ölkəmiz tolerantlıq məkanı kimi bütün dünyada ad qazanıb. Dövlətin həyata keçirdiyi siyasət xalqın maraqlarına xidmət edir və hər bir vətəndaş bu siyasətdən bəhrələnə bilir. Artıq Azərbaycanın güclü ordusu formalaşıb və əminəm ki, bu ordu ən qısa zamanda ölkəmizin ərazi bütövlüyünü təmin etmək imkanına malikdir" .PA rəsmisi bildirib ki, gənclər siyasətinin təməli Ulu Öndər tərəfindən atılıb və Azərbaycan öz gəncləri ilə öyünə bilər: "Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin təməlində duran başlıca prinsip odur ki, gənclərimiz xalqımızın milli-mənəvi dəyərlərinə, dövlətimizin gələcəyinə sahib çıxmalı, onu qorumağı bacarmalıdır. Gənclər bunu bacarırsa, Azərbaycan dövlətinin, azərbaycançılıq ideologiyasının gələcəyi var. Eyni zamanda, gənclərimiz öz fəaliyyətini düzgün qiymətləndirməyi, qlobal çağırışlara cavab verməyi bacarırlarsa, xarici dilləri, müasir texnologiyaları mənimsəyirlərsə, onda rəqabətə davamlı olacaqlar".

siaşaz

Digər xəbərlər