Bu gün Azərbaycanda bələdiyyə seçkilərinə start verilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək.Bələdiyyə seçkilərində 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb.Səhər saatlarından etibarən Mərkəzi Seçki Komissiyasının 22 saylı Nəsimi 2-ci seçki dairəsi 24 saylı seçki məntəqəsində 149 nəfər səs verib.Komisiyanın sədri Nazimə Zeynalova ümumi seçicilərin sayının 1353 nəfər olduğunu, saat 10:00-a qədər 149 nəfərin səs verdiyini bildirib.Sözügedən məntəqədə müşahidəçilərdən YAP təmsilçisi Gülsənəm Bayramlı, Ana Vətən Partiyasının təmsilçisi Yeganə Mehdiyeva səsvermənin şəffaf keçdiyini bildiriblər.
sia.az