Tovuz
105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasının sədri Əhməd İbrahimov bildirib ki, 44 min 869 seçicini əhatə edən dairədəki 40 məntəqədə bələdiyyə seçkiləri saat 8-də başlanıb. Dairə üzrə 154 yer uğrunda 414 namizəd mübarizə aparır. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Seçkilərin gedişini izləmək üçün 411 yerli müşahidəçi qeydiyyatdan keçib. Dairənin 10 məntəqəsində veb-kameralar quraşdırılıb.
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədri Xəqani Vəliyev bildirib ki, 45 min 865 seçicini əhatə edən dairədəki 36 məntəqədə də səsvermə saat 8-də başlanıb. Dairə üzrə 126 bələdiyyə yeri uğrunda 323 namizəd mübarizə aparır. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait vardır. Seçkilərin gedişini müxtəlif siyasi partiyaları təmsil edən 359 yerli müşahidəçi izləyir. Dairə üzrə 8 məntəqədə səsvermənin gedişi veb- kameralar vasitəsilə izlənilir.
Qazax
107 saylı Qazax seçki dairəsi dairə seçki komissiyasının sədri Xəyyam Salehov məlumat verib ki, 42 min 500 seçicini əhatə edən dairədəki 35 məntəqədə səsvermə mütəşəkkil başlanıb. Dairə üzrə 134 bələdiyyə yeri uğrunda 390 namizəd mübarizə aparır. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Seçkilərin gedişini 397 nəfər yerli müşahidəçi izləyir. Buradakı 10 məntəqə veb-kamera ilə təchiz edilib.
Ağstafa
108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədri Teymurlan Eyyubov bildirib ki, 41 min 933 seçicini əhatə edən dairədə 38 məntəqə fəaliyyət göstərir. Məntəqələrdə səsvermə seçicilərin fəallığı şəraitində başlanıb. Dairə üzrə 236 bələdiyyə yeri uğrunda 620 namizəd mübarizə aparır. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 396 nəfərdir. Dairə seçki komissiyasının tərkibinə daxil olan 8 məntəqədə veb-kameralar quraşdırılıb.
Kürdəmir
57 saylı Kürdəmir seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi məntəqələrdə səhər saat 8-dən başlanan səsvermə kampaniyası seçicilərin fəallığı şəraitində, mütəşəkkilliklə davam edir.
Dairə seçki komissiyasının sədri Şərbala Səfərov bildirib ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə seçkilərdə 42 məntəqə üzrə 42772 nəfər seçici istədiyi namizədə səs verməlidir. Səsvermənin şəffaf keçirilməsi, hər kəsin öz seçimini sərbəst şəkildə etməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq bütün şərait yaradılıb. Kampaniyanın gedişini 422 nəfər yerli müşahidəçi izləyir. 12 ən iri məntəqədə veb-kameralar quraşdırılıb. Bu veb-kameralar vasitəsilə arzu edən hər kəs səsvermənin prosesini müşahidə edə bilir.
Saat 10-dək bütün məntəqələr üzrə seçicilərin 11,03 faizi və ya 4628 nəfəri səs verib.
Səsvermə davam edir.
Ağdam
Qarabağ bölgəsində bələdiyyə seçkiləri seçicilərin ruh yüksəkliyi və fəallığı ilə başlayıb. Dairə seçki komissiyalarından verilən məlumata görə, səsvermə hüququ olan sakinlər səhər saat 8-dən seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə istədikləri namizədə səs verirlər.
119 saylı Ağdam kənd seçki dairəsi üzrə 14 bələdiyyəyə 132 nəfər bələdiyyə üzvü seçiləcəkdir. Qeydə alınan 330 namizəddən 79 nəfəri qadınlar, 120 nəfəri gənclərdir. Seçki dairəsi üzrə seçicilərin ümumi sayı 34 min 813 nəfərdir. Seçkilər 42 məntəqədə keçirilir. Seçki məntəqələrinin 4-də veb-kamera quraşdırılıb. Səsvermənin gedişini 400 nəfər müşahidəçi izləyir.
Bərdə
93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasından bildiriblər ki, 50 seçki məntəqəsi üzrə 42 min 463 seçici qeydə alınıb. Dairə üzrə 26 bələdiyyəyə 248 üzv seçiləcəkdir. Namizədlərin sayı 452 nəfərdir. Səsvermənin gedişini 500 nəfər müşahidəçi izləyir. Seçki məntəqələrinin 11–də veb-kamera quraşdırılıb.
94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, bələdiyyə seçkiləri seçicilərin yüksək fəallığı ilə başlayıb. Dairə üzrə səsvermə 54 seçki məntəqəsində təşkil edilib. Seçki məntəqələrinin 5-də veb-kameralar quraşdırılıb. Qeydə alınmış 44 min 875 seçicinin 600 nəfəri ilk dəfə səs verir. Səsvermənin gedişini 542 nəfər yerli müşahidəçi izləyir.
Tərtər
Bələdiyyə seçkiləri 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının tərkibində fəaliyyət göstərən 37 məntəqədə keçirilir. Dairə seçki komissiyasından bildiriblər ki, məntəqələrdə seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairə üzrə 22 bələdiyyəyə 202 nəfər bələdiyyə üzvü seçiləcəkdir. Qeydə alınan 586 namizəddən 161 nəfəri qadınlar, 138 nəfəri yaşı 30-dək olan gənclərdir. Dairə üzrə 37 seçki məntəqəsi var. Seçki dairəsində seçicilərin ümumi sayı 36 min 254 nəfərdir. Onlardan 690 nəfəri seçkidə ilk dəfə iştirak edəcəkdir. Seçicilərdən 1046 nəfərinin yaşı 80-100 arası, 22 nəfərin isə 100-dən yuxarıdır.
Ağcabədi
Ağcabədi rayonunda bələdiyyə seçkilərinin səsverməsi seçicilərin fəallığı ilə başlayıb. 82 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasından verilən məlumatda deyilir ki, dairədə 47 məntəqə fəaliyyət göstərir. Məntəqələrin 7-də veb-kamera quraşdırılıb. Dairə üzrə seçicilərin ümumi sayı 44 min 790 nəfərdir. Seçkiləri 492 müşahidəçi izləyir.
83 saylı Ağcabədi - Füzuli seçki dairəsi dairə seçki komissiyasının tərkibində fəaliyyət göstərən 28 məntəqədə 21 min 291 nəfər seçici qeydə alınıb. 4 məntəqədə veb-kameralar quraşdırılıb. Seçkilərin gedişini 505 nəfər yerli müşahidəçi izləyir. Səsvermə seçicilərin fəallığı şəraitində keçir.
Füzuli
84 saylı Füzuli seçki dairəsi üzrə 43 seçki məntəqəsi, o cümlədən "N" saylı hərbi hissədə 1 məntəqə fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 29 min 711 nəfərdir. Səsvermənin gedişini izləmək üçün 7 məntəqədə veb-kameralar quraşdırılıb. Seçkiləri müxtəlif siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını təmsil edən 228 müşahidəçi izləyir. 21 bələdiyyə üzrə 187 bələdiyyə üzvlüyünə seçilmək üçün 464 namizəd mübarizə aparır.
sia.az