PDF Oxu

Siyasət

  • 7

Bölgə seçicilərinin fəallığı getdikcə artır

Bölgə seçicilərinin fəallığı getdikcə artır

Göyçay

88 saylı Göyçay seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, dairənin əhatə etdiyi 43 seçki məntəqəsi üzrə 40142 seçici qeydə alınıb ki, onlardan 416-sı ilk dəfə səs verən vətəndaşlardır. Məntəqələrin 5-də veb-kameralar quraşdırılıb. 23 bələdiyyə üzrə 447 nəfərin namizədliyi qeydə alınıb. Seçkilərin gedişini 441 nəfər yerli müşahidəçi izləyir. Səsvermə seçicilərin fəallığı şəraitində keçir. Saat 10:00-a olan məlumata görə, artıq seçicilərin 4901 nəfəri (12,21 faiz) səsvermədə iştirak edib.

89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasından bildiriblər ki, burada 36 seçki məntəqəsi üzrə 38 158 seçici qeydə alınıb. Seçki məntəqələrindən 17-si Ağdaşda, 19-u isə Göyçayda yerləşir. On iki seçki məntəqəsində veb-kameralar quraşdırılıb. On bir bələdiyyə üzrə 290 nəfərin namizədliyi qeydə alınıb. Seçicilərin 467 nəfəri səsvermədə ilk dəfə iştirak edir. Səsvermənin gedişini 380 nəfər yerli müşahidəçi izləyir. Saat 10:00-dək 4668 nəfər, yəni seçicilərin 12,2 faizi səsvermədə iştirak edib.

Ağdaş

90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, dairəyə daxil olan 40 məntəqə üzrə seçicilərin ümumi sayı 39833 nəfərdir. Onlardan 430-u ilk dəfə səs verənlərdir. Məntəqələrin 10-da veb-kameralar quraşdırılıb. Səsvermənin gedişini izləmək üçün 418 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. On səkkiz bələdiyyə üzrə 449 nəfərin namizədliyi qeydə alınıb. Saat 10:00-dək seçicilərin 5251 nəfəri (13,8 faiz) səsvermədə iştirak edib.

47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasından bildiriblər ki, şəhərdə bələdiyyə seçkiləri seçicilərin yüksək fəallığı şəraitində keçir. Dairə üzrə səsvermə 30 seçki məntəqəsində təşkil edilib. Seçki məntəqələrinin 12-də veb-kameralar quraşdırılıb. Qeydə alınmış 36 min 963 seçicinin 302 nəfəri ilk dəfə səs verir. Bir bələdiyyə üzrə 48 nəfərin namizədliyi qeydə alınıb. Səsvermənin gedişini 331 nəfər yerli müşahidəçi izləyir. Saat 10:00-dək seçicilərin 2642 nəfəri (7,8 faiz) səs verib.

Astara

77 saylı Astara seçki dairəsinin ərazisində yerləşən 1 nömrəli şəhər seçki məntəqəsində bunun bir daha şahidi olduq. Səhər saat 8-00-da məntəqə seçki komissiyasının sədri Hacıbala Ramazanov müşahidəçilərin iştirakı ilə səsvermənin başlandığını elan etdi.

Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında dayanmış məntəqə seçki komissiyasının üzvü qarşılayaraq əlində tutduğu ultra-bənövşəyi rəngli fənərlə seçicilərin sol baş barmağını yoxladıqdan sonra onları içəri buraxırdı.

Seçki məntəqəsində ilk səs verənlərdən biri- 75 yaşlı şəhər sakini Amil Səfərovdan səsvermənin gedişi ilə bağlı fikirlərini öyrəndik. O, bildirdi ki, məntəqədə seçkilər azad, demokratik, beynəlxalq standartlara uyğun şəkildə keçirilir. Bu gün mən layiq bildiyim namizədə səs verdim.

Seçkilərdə ilk dəfə iştirak edən Səbinə Baxşızadə bir qədər həyəcanlı görünürdü. O da prosesin gedişindən razılığını ifadə edərək seçki məntəqəsində səsvermənin azad və demokratik şəkildə keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirdi.

Məntəqə seçki komissiyasının sədri Hacıbala Ramazanovun verdiyi məlumata görə, məntəqədə 1386 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 18 nəfəri ilk dəfə səs verənlərdir.

Seçki məntəqəsi üzrə saat 10-00-dək səsvermədə 172 nəfər iştirak edib.

77 saylı seçki dairəsi Astara dairə seçki komissiyasının sədri Hikmət Əkbərov bildirib ki, bələdiyyə seçkilərində dairə üzrə 37 min 616 nəfər seçici 44 seçki məntəqəsində 214 bələdiyyə üzvlüyünə namizədlər arasında seçim edir. Əlil seçicilərin səsvermədə iştirakını təmin etmək üçün 11 məntəqədə pandoslar quraşdırılıb. Dairə seçki komissiyasında 471 nəfər yerli müşahidəçi qeydə alınıb.

Saat 10-00-a olan məlumata görə, dairə üzrə qeydə alınmış 37 min 616 seçicidən 4 min 708 nəfəri (12, 5 faiz) səsvermədə iştirak edib.

Lənkəran

76 saylı Lənkəran-Astara seçki dairəsi dairə seçki komissiyasının sədri Məzahir Əliyevin verdiyi məlumata görə, dairə üzrə 37 min 352 nəfərin adı seçici siyahısına daxil edilib. Seçicilərdən 20 min 624 nəfəri Astara , 16 min 728 nəfəri isə Lənkəran rayonunun sakinləridir. Saat 10-a olan məlumata görə, dairə üzrə 37 min 352 nəfər seçicidən 3 min 978 nəfəri (10 faiz) səsvermədə iştirak edib.

Cəlilabad

Ümumiyyətlə, saat 10:00-dək 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 39 min 108 nəfər seçicidən 5 min 006 nəfəri (12,8 faiz), 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə 39 min 312 nəfər seçicidən 4 min 678 nəfəri (11,9 faiz), 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə 38 min 569 nəfər seçicidən 4 min 827 nəfəri (12,52 faiz), 70 saylı Masallı şəhər seçki dairəsi üzrə 38 min 730 nəfər seçicidən 3 min 943 nəfəri (10,2 faiz), 71 saylı Masallı kənd seçki dairəsi üzrə 33 min 445 nəfər seçicidən 3 min 759 nəfəri (11,2 faiz), 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə 38 min 708 nəfər seçicidən 3 min 564 nəfəri (9,2 faiz), 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə 35 min 985 nəfər seçicidən 2 min 825 nəfəri (7,85 faiz), 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə 34 min 257 nəfər seçicidən 2 min 990 nəfəri (8,73 faiz), 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə 38 min 384 nəfər seçicidən 3 min 595 nəfəri (9,37 faiz), 78 saylı Lerik seçki dairəsi üzrə 29 min 997 nəfər seçicidən 3 min 362 nəfəri (11,2 faiz) səsvermədə iştirak edib.

Sumqayıt

Sumqayıtda şəhər və iki qəsəbə bələdiyyələrinə növbəti seçkilər davam edir. 44 saylı Sumqayıt-Xızı seçki dairəsi dairə seçki komissiyasının Sumqayıt şəhəri üzrə 16 saylı məntəqəsində səsvermə şəffaf və demokratik şəraitdə keçirilir.

Məntəqə seçki komissiyasının sədri Esmira Babayeva bildirib ki, bələdiyyə seçkilərində iştirak etmək üçün 1213 nəfər seçici qeydə alınıb. Artıq saat 10-dək onlardan 60 nəfəri öz vətəndaşlıq borcunu yerinə yetirib. Məntəqədə quraşdırılmış veb-kamera sayəsində seçkilərin gedişini internet vasitəsilə onlayn rejimdə izləmək mümkündür.

44 saylı Sumqayıt-Xızı seçki dairəsi dairə seçki komissiyasının sədri Məzahir Süleymanov bildirib ki, dairə üzrə 48 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrin 20-si Sumqayıt şəhərində, 12-si Zeynalabdin Tağıyev qəsəbəsində, 16-sı isə Xızı rayonunda fəaliyyət göstərir. Sədrin verdiyi məlumata görə, saat 10-dək Sumqayıtda 3520 seçici səs verib. Bu da siyahıda qeydə alınan seçicilərin 8,5 faizi deməkdir.

sia.az

Digər xəbərlər