PDF Oxu

Siyasət

  • 10

MSK sədri səs verdi

MSK sədri səs verdi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 31-ci seçki məntəqəsində səs verib. SİA-nın məlumatına görə, jurnalistlərə açıqlamasında MSK sədri deyib ki, ötən bələdiyyə seçkiləri ilə müqayisədə bu seçkidə seçici fəallığı yüksəkdir.Seçkilərin normal məcrada keçdiyini qeyd edən M.Pənahov bildirib ki, hələlik MSK-ya seçkilərin nəticələrinə təsir edən qanun pozuntusu ilə bağlı müraciət daxil olmayıb: "Biz yerlərlə fasiləsiz əlaqə saxlayırıq. Həm də veb-kameralar vasitəsilə səsvermənin gedişini müşahidə edirik".M.Pənahov internetdə seçki məntəqlərindən birində bülletenlərin topa halında qutuya salınması ilə bağlı yayilan video ilə əlaqədar araşdırma aparılacağını da bildirib.M.Pənahov deyib ki, ünvanlara daşınan qutuların aparılmasını KİV nümayəndələrinin müşayiət etməsi üçün sərbəst şərait yaradılıb və bülletenlər sayılanda, ilk növbədə daşınan qutular açılacaq.

siaşaz

Digər xəbərlər