Nizami I seçki dairəsindəki 35 məntəqənin 10-da 24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasının tərkibinə 31-i daimi olmaqla 35 seçki məntəqəsi daxildir. Məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Bu da səsvermənin gedişini internet üzərindən canlı izləməyə imkan verir. Bu barədə 24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov məlumat verib. O qeyd edib ki, dairə üzrə 43 min 221 seçici qeydiyyata alınıb. Saat 12-yə olan məlumata görə, seçicilərin 7617 nəfəri, yəni 17,6 faizi seçkilərdə iştirak edib.
Müşahidələr də təsdiqləyirlər ki, vətəndaşların sərbəst şəkildə səs vermələri üçün məntəqələrdə bütün zəruri şərait yaradılıb.
siaşaz