"Qaradağ rayonu üzrə 2 Dairə Seçki Komissiyası – 11 saylı Qaradağ rayon və 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairələri fəaliyyət göstərir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının seçki qərargahının sədri Aydın Hüseynov bildirib.
A.Hüseynovun sözlərinə görə, Qaradağ seçiciləri azad şəkildə məntəqələrə gedərək səsvermədə iştirak edirlər: "11 saylı dairə seçki komissiyası ərazisində 46638, 12 saylı DSK ərazisində isə 23373 seçici səsvermədə iştirak etməlidir. Saat 11-ə olan məlumata görə, 9873 səsvermə hüququna malik seçici məntəqələrə gedərək səsvermə hüquqlarından istifadə ediblər".
sia.az