"12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 2 saylı məntəqəsində 1242 seçici var. Saat 11:15-ə olan məlumata görə seçicilərin ümumilikdə 15 faizi səsvermədə iştirak edib". Bunu SİA-ya məntəqə seçki komissiyasının sədri Süleyman Şıxəliyev bildirib.
S.Şıxəliyev məntəqədə vemkameraların quraşdırıldığını da bildirib. Səsvermədə iştirak etmiş Könül Ağayeva, Elman Xəlilov seçkilərin sakit şəraitdə keçirildiyini və səsvermə üçün hər cür şəraitin yaradıldığını söyləyiblər. "Milli Dirçəliş Hərəkat"ından müşahidəçi Hidayət Qurbanov, YAP-dan müşahidəçi Ellada Ağabalıyeva seçki prosesində hər hansı pozuntu ilə rastlaşmadıqlarını söyləyiblər.
sia.az