PDF Oxu

Siyasət

  • 11

Eldar İbrahimov: "Bu uğurları öz dövlətinə, xalqına Prezident İlham Əliyev qazandırıb" MÜNASİBƏT

Eldar İbrahimov: "Bu uğurları öz dövlətinə, xalqına Prezident İlham Əliyev qazandırıb" MÜNASİBƏT

"Prezident İlham Əliyev cənablarının 2003-cü ildən başlayaraq, hazırkı zamanımıza qədər gördüyü işlərin deyərdim ki, sayı-hesabı yoxdur. Tikilən məktəblər, səhiyyə ocaqları, döşənən asfaltlar, qurulan körpülər, yalnız paytaxtda deyil, o cümlədən, regionlarımızda aparılan tikinti və quruculuq, abadlıq işləri ölkə başçımızın müəyyənləşdirdiyi məqsədyönlü siyasətinin tərkib hissəsidir". Sözügedən fikirləri SİA-ya Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətinə münasibətini bildirərkən vurğulayıb. Eldar İbrahimov bildirib ki, bu həm də iqtisadiyyatımızın ən yüksək zirvədə dayanmasının göstəricisidir: "Belə ki, iqtisadi inkişaf, iqtisadi güc həm də siyasi güc deməkdir. Əlbəttə ki, bu gücü, bu qüdrəti möhtərəm prezidentimiz öz xalqı üçün, Azərbaycan dövləti üçün qazanıbdır.

Bu gün bir çox dünya ölkələri bizə həsədlə baxırlar. Məsələn, bir faktı demək istərdim. Hazırda dünya ölkələrinin bir çoxunda maliyyə və iqtisadi böhran yaşanmaqdadır. Amma biz bu yaxınlarda dövlət büdcəsini qəbul etdik və büdcədə 1 milyard, 100 min artım var. Bu da təbii olaraq onu göstərir ki, Azərbaycanda iqtisadi tərəqqi mövcuddur. Bu baxımdan, bayaq da vurğuladığım kimi, harada güclü iqtisadiyyat varsa, orada siyasi güc də, müdafiə gücü də digər güc amilləri də olacaq. Beləliklə, bir daha kifayət qədər qənaətə gələ bilərik ki, Azərbaycan tam olaraq inkişaf edən, güclənən və dünyada öz sözünü deyən bir dövlətə çevrilib və bu uğurları öz dövlətinə, xalqına Prezident İlham Əliyev qazandırıb".

sia.az

Digər xəbərlər