Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi saat 17:00-a olan seçici fəallığını açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 17:00-dək seçicilərin 1753394 nəfəri səsvermədə iştirak edib.Onun sözlərinə görə, saat 17:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 36.38 faiz təşkil edib.
sia.az