Yevlaxda bələdiyyə seçkiləri uğurla keçirilir. Ərazisində 2 dairə, 57 məntəqə yerləşən Yevlax rayonunda 60.303 nəfər seçici var. Bunlarda 48 saylı Yevlax Dairə Seçki Komissiyası üzrə 34.507 nəfər, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi üzrə 25.796 nəfər seçici Məntəqə Seçki Komissiyalarının müvafiq seçici siyahılarında qeydə alınıb.
Heç bir insidentsiz tam şəffaf şəraitdə baş tutan seçki prossesini ümumilikdə 572 nəfər müxtəlif partiyalardan və bitərəf müşahidəçilər izləyir. Yevlax rayonu üzrə 1 şəhər, 1 qəsəbə, 27 kənd olmaqla 29 bələdiyyə mövcuddur ki, müvafiq qaydalara uyğun olaraq 29 bələdiyyə üzrə 672 nəfər şəxs öz namizədliyini irəli sürüb ki, onlardan 267 nəfəri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərdir.
sia.az