Mərkəzi seçki komissiyasının 20 saylı Nərimanov II seçki dairəsinin 10 saylı seçki məntəqəsində də respublikamızın digər rayon və şəhərlərində olduğu kimi, seçicilərin aktivliyi müşahidə olunub.
Məntəqə sədri Azər Hüseynov bildirib ki, seçicilər səhər saatlarından etibarən sərbəst şəkildə müəyyən olunmuş məntəqələrə gələrək öz namizədlərinə səs verirlər. Günorta 15:00-a olan məlumata əsasən 350-ə yaxın seçici iştirak edib. Seçki siyahısında 1288 nəfər seçici var. Müntəzəm olaraq da seçicilərin məntəqələrə gəlişi davam edir. 12 müşahidəçi və yerli mətbuatdan 6 nəfər nümayəndə olub. Məntəqədə 8 kabinə və 2 seçki qutusu mövcuddur. Hələ ki, seçicilərdən heç bir narazıçılıq qəbul olunmayıb".
Seçici Marifə Qurbanova: "Bura gələnə kimi çox həyəcanlı idim. Demək olar ki, təşkilatçılıq yüksək səviyyədədir. Seçkilərlə bağlı hər hansı bir narazılığımız yoxdur. Mən çox istərdim ki, mənim kimi digər insanlar da sərbəst şəkildə məntəqələrə gəlib öz seçdikləri namizədə səs versinlər. Ümumiyyətlə deyərdim ki, səs vermək bizim borcumuzdur".
19 saylı Nərimanov I seçki dairəsinin 5 və 6 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunub.
5 saylı seçki məntəqəsinin sədri Şəlalə Heydərova qeyd edib ki, indiyə kimi 380-ə yaxın seçicimiz səs verib. Ümumilikdə 1273 seçicimiz var. İndiyədək seçicilərimizdə hər hansı bir narazıçılıq olmayıb. Səhər saatlarında seçicilərimiz daha fəal idi. 8 kabinə, 2 seçki qutumuz, 6 üzvümüz və 12 yerli müşahidəçimiz var. Seçki prosesini Milli Məclisin deputatı Kərim Kərimov izləmişdi".
Seçici Təranə Aslanova: "Bizim burada səs verməmiz üçün hər bir şərait yaradılıb. Biz hər dəfə təşkil olunan seçkilərdən çox razıyıq və heç bir narazıçılığımız yoxdur. Bir sözlə seçkilər şəffaf şəraitdə keçir. Digər seçicilərə də arzu edərdim ki, dövlətimiz tərəfindən təşkil olunan seçkilərdə hamı bir nəfər kimi iştirak etsin. Bizlərin hər birinin səsi dövlətimizə lazımdır".
Müşahidəçi Sevda Yahmatova: "Seçki prosesində səhər saatlarından etibarən iştirak edirəm. Hələ ki heç bir qanun pozuntusuna rast gəlməmişəm. Seçkilər obyektiv şəkildə gedir. Bir sözlə, hər bir vətəndaş öz seçici hüququndan istifadə edərək öz səsini seçdiyi namizədə verir".
6 saylı seçki məntəqəsinin sədri Sədaqət Nağıyeva deyib ki, saat 15:00-a olan məlumata əsasən, 400 seçici artıq səs verib. Səhər saatlarından etibarən seçicilər fəal şəkildə məntəqələrə gəlməyə başlayıb. Sadəcə olaraq qeydiyyatda olan 8 nəfər yerli müşahidəçi seçki prosesini izləyib. Məntəqədə 6 kabinə və 2 seçki qutusu quraşdırılıb. Seçicilərdə heç bir narazıçılıq qeydə alınmayıb".
Seçici Vəfa Əhmədova: "Mən hər seçkidən-seçkiyə böyük sevinclə gəlib öz səsimi seçdiyim namizədə verirəm. Bu mənim bir vətəndaş kimi mənəvi borcumdur. Burada yaradılan şəraiti yüksək qiymətləndirirəm və hər şey çox şəffaf şəkildə təşkil olunub. Hər bir seçiciyə tövsiyyəm odur ki, məntəqələrə gəlib səs versinlər. Cənab Prezident İlham Əliyevin tərəfindən bizə göstərilən diqqətə görə təşəkkürümü bildirərəm".
Qeyd edək ki, seçkilərə axşam saat 19:00-da yekun vurulacaq.
sia.az