PDF Oxu

Siyasət

  • 13

Ombudsman: “İndiyə qədər hansısa pozuntu halları müşahidə etməmişik”

Ombudsman: “İndiyə qədər hansısa pozuntu halları müşahidə etməmişik”

"İndiyə qədər bələdiyyə seçkilərində hər hansı pozuntu ilə bağlı bizə müraciət olunmayıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyib.Buna baxmayaraq E.Süleymanova şikayətlərin olacağını da istisna etməyib: "İndiyə qədər hansısa pozuntu halları müşahidə etməmişik. Ancaq yenə istisna etmirəm ki, hər hansı bir şikayət olmayacaq. Çünki, seçkillər qurtarandan sonra belə şeylər olur. Keçən dəfə də müraciətlər olmuşdu və bunların heç biri diqqətdən kənarda qalmır. Bu müraciətlər həmin an Mərkəzi Seçki Komissiyasına göndərilir və Mərkəzi Seçki Komissiyasında lazımı tədbirlər görülür".E.Süleyamanova əlavə edib ki, cəzaçəkmə məntəqələrində Ombudsman aparatının nümayəndələri seçki prosesini müşahidə ediblər və hələ ki, hər hansı şikayət və ya narazılıq eşitməyiblər.Ombudsman bələdiyyə seçkilərində qadınların daha çox seçilməsində maraqlı olduğunu bildirib: "2009-cu ildə keçirilən bələdiyyə seçkilərində böyük dönüş yarandı. Ona qədər bələdiyyələrdə təmsil olunan qadınların göstəricisi 4 faiz idi. 2009-cu ildə bələdiyyələrdə qadınların təmsilçiliyi 26 faizə qalxdı. Bu il bələdiyyələrdə qadınların sayının daha da artacağına ümid bəsləyirik. Çünki qadınların seçkilərdə iştirakı və bələdiyyələrdə təmsilçilik hüququ qazanması sadə məsələ deyil. Qadınların bələdiyyələrdə daha çox təmsilçiliyinə nail olmaq üçün ölkə ərazisində Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, ombudsman təsisatı, QHT-lər, media çox böyük təbliğat-təşviqat kampaniyası aparıb. İnşaallah, daha çox qadınları bələdiyyələrdə görəcəyik".

sia.az

Digər xəbərlər