PDF Oxu

Siyasət

  • 12

Zərdab və İsmayıllı rayonları seçici aktivliyi ilə fərqləndi

Zərdab və İsmayıllı rayonları seçici aktivliyi ilə fərqləndi

Zərdab

Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində 92 saylı Zərdab-Ucar Seçki Dairəsi üzrə 40105 nəfər seçici öz səsvermə hüququndan istifadə etmək üçün Zərdab-Ucar rayonlarında səhər saatlarından məntəqələrə yollanıblar. Zərdab rayonu üzrə 33916 nəfər, Ucar rayonu üzrə isə 6189 nəfər 48 məntəqədə səs veriblər. Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan 597 nəfərdən 237-si Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülənlərdir. Günorta saatlarına olan məlumata görə, səsvermə seçicilərin mütəşəkkilliyi ilə müşahidə olunub. 92 saylı Zərdab-Ucar Seçki Dairəsinin seçki komissiyasının sədri İsmayıl Əhmədovun məlumatına əsasən Ucar seçicilərinin 13775 nəfər öz səsindən istifadə edib ki, bu da səslərin 34,4faizini təşkil edir, Zərdab rayonu üzrə isə 11793 nəfər səsini öz namizədinə verib. Seçkilər axşam saatlarına qədər seçici fəallığı ilə müşahidə olunub.

İsmayıllı

Bələdiyyə seçkiləri İsmayıllı rayonunda da uğurla həyata keçirilib. Seçki prosesinin azad, şəffaf və demokratik şəraitdə baş tutması üçün Dairə Seçki Komissiyası və Məntəqə seçki komissiyaları tərəfindən lazımi işlər həyata keçirilmişdir.

86 saylı İsmayıllı DSK-nın dislokasiyasına 66 seçki məntəqəsi daxildir ki, burada seçicilərin sayı 40448 nəfərdir.

87 saylı Ağsu-İsmayıllı DSK-nın dislokasiyasına 6 seçki məntəqəsi daxildir. 4457 seçicini özündə birləşdirən seçki məntəqələri seçki prosesinin həyata keçirilməsinə tam hazır vəziyyət idi.

Əhalinin seçki prosesinə olan bu marağı seçkilərin daha demokratik və şəffaf keçirilməsində təsdiqini tapdı.

Seçki prosesini müşahidə etmiş müxtəlif siyasi partiyaların təmsilçiləri də seçkilərin azad və demokratik şəkildə keçirildiyini və heç bir qanun pozuntusuna yol verilmədiyini bildirdiriblər.

sia.az

Digər xəbərlər