PDF Oxu

Siyasət

  • 7

Millət vəkili: “İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan tarixi güc qazanıb”

Millət vəkili: “İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan tarixi güc qazanıb”

"Cənab Prezident ilham Əliyevin 11 illlik prezidentlik dövrü Azərbaycan tarixininin ən önəmli dövrlərindən biridir. Məhz bu dövrdə Azərbaycan dövləti tarixdə heç vaxt malik olmadığı bir gücə, dünya ölkələrinin qibtə etdiyi bir məkana çevrilib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Nəriman Əliyev bildirib.Onun sözlərinə görə, Azərbaycan bütün sahələr üzrə bu gün dünyanın ən sivil dövlətlərinə belə gözəl nümunədir: "Heç şübhəsiz ki, Azərbaycanın inkişafının əsası müstəqil dövlətimizin banisi, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan xaos, anarxiya girdabında olanda, ölkəmizdə vətəndaş müharibəsinin labüdləşdiyi bir bir zamanda, ermənilərin təcavüzlərinə məruz qaldığımız bir məqamda Ümummilli Lider Heydər Əliyev dövlətçiliyimizi bütün təhlükələrdən xilas etdi. Daha sonra Azərbaycanın inkişafını təmin edən layihələrin əsasını qoydu, analoqsuz konsepsiyaları reallaşdırdı və əsrin ən böyük reallıqlarını yaratdı. Təbii ki, bütün bu inkişafı, tərəqqini davam etdirmək, Azərbaycanı daha yüksək zirvələrə çatdırmaq lazım idi.Bunu da Cənab Prezidentimiz İlham Əliyev bacardı. 11 il ərzində elə bir sahə olmadı ki, Cənab Prezident həmin sahəyə xüsusi diqqət və qayğı ilə yanaşmasın. Bütün sahələr üzrə dünyada analoqu olmayan proqramlar həyata keçirildi. Onun bütün proqramlarının, həyata keçirdiyi bütün işlərin kökündə insan amili dayanırdı. Son 10 il ərzində Azərbaycanda böyük sosial layihələr həyata keçirilib, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində bütün rayon və kəndlərimizdə böyük inkişafa, tərəqqiyə nail olunub. Bütün rayonlarımızda, kənd və qəsəbələrimizdə yeni yollar çəkilib, köhnə yollar təmir edilib, məktəblər, səhiyyə müəssisələri, parklar, idman kompleksləri inşa olunub. Eyni zamanda, əhalinin maaşı artıb, yeni iş yerləri açılıb, qeyri-neft sektoru sahəsində böyük uğurlar əldə olunub. Əgər qabaqlar regionlardan Bakıya axın var idisə, bu gün regionların özünə paytaxtdan işləməyə işçi qüvvəsi gedir. Çünki rayonlarda böyük müəssisələr inşa olunub, işçi qüvvəsinə ehtiyac var. Eləcə də, Cənab Prezidentin sahibkarlara verdiyi dəstək ölkəmizdə qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına gətirib çıxarıb. Ordumuz regionun ən güclü ordusudur, hər bir zabit və əsgərimiz gözünü qırpmadan döyüşməyə, düşmənin cavabını verməyə hazırdır. Cənab Prezidentin müdafiə sahəsinə xüsusi diqqəti sayəsində ordumuz ən müasir bacarıqlara, silahlara, texnikalara yiyələnib. Bu qayğı bütün sahələrdə özünü göstərir. Baxın, təhsil və səhiyyə sahəsində Azərbaycanda bir ildə görülən işlər Avropada beş ildə görülmür. Çünki bizim inkişafımız çoxşaxəlidir. Bir sözlə, xalqla-iqtidar arasında böyük bir vəhdət var. Məhz bu birliyin nəticəsidir ki, Azərbaycan kosmik sürətlə inkişaf edir.Bütün bunlarla yanaşı, ölkəmiz beynəlxaq arenada da böyük nüfuza malikdir. Bir neçə amili vurğulamaq istəyirəm. Əvvəllər xarici ölkələrdəki diaspor təşkilatlarımızın fəaliyyəti bir o qədər də nəzərə çarpmırdı. Ancaq bu gün səsimiz dünyanın hər yerindən gəlir. Cənab Prezidentin apardığı xarici siyasət nəticəsində böyük dövlətlər Azərbaycana olan heyrətlərini ifadə eləyirlər, qısa müddət ərzində görülən böyük işləri təqdir edirlər. Həmçinin, dövlətimiz beynəlxalq layihələrin iştirakçısıdır, hətta elə layihələr var ki, orada yeganə söz sahibi Azərbaycandır. Bu gün dünyanın bir çox ölkələrində Ermənistan terrorçu dövlət kimi qəbul edilir, Xocalı faciəsi haqqında həmin ölkələrin parlamentlərində qətnamələr qəbul edilir, eləcə də ermənilərin qondarma soyqırımı iddiaları rədd edilir. Bir neçə il bundan öncə ölkəmizin adını eşitməyən ölkələrdəki vətəndaşlar indi bizim milli adətlərimizə qədər məlumatlıdırlar, tariximiz, bugünkü inkişafımız haqqında böyük bilgiyə sahibdirlər. Bir daha qeyd edirəm ki, bütün bunlar Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasətin nəticələridir ki, bu gün hər bir azərbaycanlı belə bir ökədə yaşadığına görə xüsusi bir qürur hissi keçirir".

sia.az

Digər xəbərlər