PDF Oxu

Siyasət

  • 12

Elçin Mirzəbəyli: “Ermənistanda insanların adi yaşayış normaları belə pozulur”

Elçin Mirzəbəyli: “Ermənistanda insanların adi yaşayış normaları belə pozulur”

"Ermənistandakı siyasi durum əslində bu gün acınacaqlı deyil. Həm Ermənistanda, həm də onların işğal etdikləri Azərbaycan ərazilərində mövcud olan rejim faktiki olaraq cinayətkar rejimdir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.E. Mirzəbəyli vurğulayıb ki, bu rejim nəinki insan hüquq və azadlıqları prinsiplərini, hətta fundamental prinsipləri, yəni faktiki olaraq insanların adi yaşayış normalarını belə pozur: "İnsanlara öz doğma evlərində yaşama imkanlarını belə vermir. Bu hərbi cinayətkar xuntadır. Təəssüflər olsun ki, beynəlxalq birlik bu günə qədər hərbi cinayətkar xuntanın yürütdüyü siyasətə hər hansı bir formada diqqət yetirməyib".E. Mirzəbəyli deyib ki, bu gün Ermənistanda iqtisadi vəziyyət həddən artıq acınacaqlıdır: "Xüsusilə Rusiyadakı son böhrandan sonra bütün iqtisadi sistemi Rusiyanın nəzarətində və əlində olan Ermənistan daha acınacaqlı duruma düşüb. Bu gün Ermənistan valyutası olan dramın məzənnəsini qoruyub saxlamaq üçün nə valyuta ehtiyatları var, nə də bu valyuta ehtiyatlarını ona verə biləcək dövlət var. Adətən Ermənistan üçün Rusiya belə bir ayırmalar edirdi. İndi artıq, Rusiya rublun məzənnəsini qoruyub saxlamaq üçün valyuta ehtiyatlarına ehtiyacı var. Bu baxımdan da Ermənistana hər hansı bir dəstək verəcəyi gözlənilmir. Belə olan təqdirdə Ermənistanda təbii olaraq sosial problemlər qalxır, sosial partlayış yaranır, əhali etiraz etməyə başlayır. Hərbi cinayətkar rejim isə bunun öhdəsindən gələ bilmədiyi üçün öz cinayətkar əməllərini davam etdirir".E. Mirzəbəyli qeyd edib ki, Ermənistanda keçən hər seçkidə beynəlxalq miqyasda görünməyən hadisələr, hətta üçüncü dünya ölkələrində baş verməyən hadisələr Ermənistanda baş verir: "Ermənistanda prezidentliyə namizədi güllələyirlər beynəlxalq birliyin reaksiyası yoxdur. Parlament seçkilərində insanları gülləbaran edirlər yenə də beynəlxalq birlikdən hər hansı bir reaksiya görünmür. Amma, təəssüflər olsun ki, bu indiki dünyanın reallığıdır. Şübhəsiz ki, nəinki Cənubi Qafqazda, bütövlükdə MDB məkanında insan hüquq və azadlıqları sahəsində ən acınacaqlı vəziyyət Ermənistandadır".

sia.az

Digər xəbərlər