PDF Oxu

Siyasət

  • 8

Əli Əhmədov: “Son 10 ildə Azərbaycan regional faktora və güclü dövlətə çevrilib”

Əli Əhmədov: “Son 10 ildə Azərbaycan regional faktora və güclü dövlətə çevrilib”

"Azərbaycan son 10 il ərzində həqiqətən də ciddi regional faktora və güclü dövlətə çevrilib". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən "İnkişafın 10 ili: 2004-2014" adlı konfransda çıxışı zamanı deyib.Ə.Əhmədovun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın son 10 ildə əzəmətli inkişafı bir başa Prezident İlham Əliyevin adı ilə bağlıdır: "Azərbaycanın bu inkişafını 21-ci əsrin ilk 10 ilinin iqtisadi möcüzəsi adlandırmaq olar. Ötən müddət ərzində ölkəmizin iqtisadiyyatı 3 dəfə artıb. Bu illər ərzində ölkədə həyat bütünlüklə dəyişib. Bu gün Azərbaycan möhtəşəm müasirləşmə dövrünü yaşayır. Bu, təkcə iqtisadi dəyişiklik deyil, insanların nəzərində olan dəyişiklikdir. Bu gün Azərbaycan xalqı sabaha ümidlə baxır".Ə.Əhmədov həmçinin bildirib ki, hər bir ölkənin inkişafı, onun beynəlxalq aləmdəki nüfuzu ilə də ölçülür: "Ölkəmiz beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilə bilib. Azərbaycan regionun ümumi mənzərəsinə təsir edə bilən bir dövlətə çevrilib. Ölkəmiz son 10 il ərzində həqiqətən də ciddi regional faktora və güclü dövlətə çevrilib. Dövlətimizin həyata keçirdiyi regional layihələr Azərbaycanın beynəlxalq və regional nüfuzunun artmasında böyük rol oynayıb". Əli Əhmədov qeyd edib ki, Azərbaycan son 10 il ərzində dövlət basçısının rəhbərliyi ilə böyük inkişaf yoluna qədəm qoyub.

sia.az

Digər xəbərlər