PDF Oxu

Siyasət

  • 9

"İrəli" İctimai Birliyinin təsis edilməsindən 6 il ötür

"İrəli" İctimai Birliyinin təsis edilməsindən 6 il ötür

Bu gün Azərbaycanın ən böyük gənclər təşkilatlarından biri olan "İrəli" İctimai Birliyinin təsis edilməsindən 6 il ötür. SİA-nın məlumatına görə, bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində tədbir keçirilib. Tədbirdə "İrəli" İB-nin 6 aylıq hesabatı dinlənilib, yeni loqosunun və yeni korporativ üslubunun təqdimat mərasimi olub."İrəli" İB-nin sədri Mirhəsən Seyidov tədbirdə çıxış edərək deyib ki, "İrəli" təşkilat olaraq 8 il əvvəl- 2005-ci ildə Ümumrespublika Gənclər Hərəkatı kimi yaranıb: "Təşkilatın əsas məqsədi gənclərimizin maraqları çərçivəsində olan bütün sahələrdə fəaliyyət göstərmək və həmin gənclərin fərdi inkişaflarına töhfə verməkdən ibarətdir. Təşkilatın fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edib. Azərbaycanı beynəlxalq tədbirlərdə uğurla təmsil edən təşkilat ölkə daxilində də müxtəlif layihələr reallaşdırmaqla dövlət, özəl, biznes və media qurumları ilə yaxından əməkdaşlıq edir".Qeyd edək ki, açılış mərasimində Prezident Administrasiyasının nümayəndələri, millət vəkilləri, nazirlər, dövlət rəsmiləri və gənclər təşkilatlarının fəalları iştirak ediblər.Xatırladaq ki, "İRƏLİ" İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

sia.az

Digər xəbərlər