"İrəli" İctimai Birliyi yarandığı dövrdən bu günə qədər Azərbaycanın inkişafı üçün həyata keçirilən islahatlarda aktiv iştirak edib. Birliyimiz hər zaman Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin arxasındadır". SİA-nın xəbərinə görə, bu sözləri "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov jurnalistlərə açıqlamasında deyib.
Birliyin prioritet istiqamətləri haqqında məlumat verən M.Seyidov qeyd edib ki, təşkilatın əsas məqsədlərindən biri gənclərin birbaşa qərar qəbul etmə prosesində iştirakını təmin etməkdir: "Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin gənclərimiz tərəfindən qorunması kimi əsas priotetlərimiz də var. Bu istiqamətlər Azərbaycanda davamlı gənclər siyasətinin həyata keçirilməsində dəstək olmaq üçün qəbul olunub".
Yeni layihələr barədə danışan birlik sədri qeyd edib ki, hazırda gənc jurnalistlər üçün "Gənc Əkinçi" layihəsi hazırlanıb: "Bu layihə gənc jurnalistlərin inkişafı üçün nəzərdə tutulub".
sia.az