PDF Oxu

Siyasət

  • 5

Natali Qule: “Azərbaycan Avropanın etibarlı tərəfdaşına çevrilib” MÜNASİBƏT

Natali Qule: “Azərbaycan Avropanın etibarlı tərəfdaşına çevrilib” MÜNASİBƏT

"Azərbayacan meynəlxalq aləmə təsirini gücləndirib və xarici siyasətdəki nüfuzunu daha da yaxşılaşdırıb". SİA xəbər veirir ki, bu fikirləri Fransa parlamentinin deputatı Natali Qule trendə verdiyi açıqlamasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi uğurlarını şərh edərkən vurğulayıb.

Fransalı deputat qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına, eyni zamanda o qədər də asan olmayan İran və Rusiya ilə qonşuluq münasibətlərinə baxmayaraq, bu gün də xarici siyasətində uğurlar əldə etməkdədir.

"Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan Avropanın və NATO-nun etibarlı tərəfdaşına çevrilib"-deyə Natali Qule öz şərhində bildirib.

Qule qeyd edib ki, Azərbaycan demokratik dəyərlərə önəm verməklə yanaşı, həm də bəşəriyyət üçün beləbir çətin dövrdə milli adət-ənənələrini və dini tolerantlığı qoruyaraq, saxlaya bilib. Bundan əlavə, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan iqtisadi tərəqqidə kifayət qədər inkişaf edib. Bu baxımdan, fransalı deputat Azərbaycanın müharibə şəraitində olmasına rəğmən, bu kimi uğurlara imza atmasına heyran qaldığını deyib.

Natali Qule Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın da rolu və əldə etdiyi nailiyyətləri barədə öz ifadələrini vurğulayıb.

"Özünün bir çox uğurları ilə Azərbaycan həmçinin, Mehriban Əliyevaya da minnətdar olmalıdır"-deyə Fransa parlamentinin deputatı qeyd edib

sia.az

Digər xəbərlər