PDF Oxu

Siyasət

  • 9

AVCİYA seçkilərlə bağlı rəyini açıqladı

AVCİYA seçkilərlə bağlı rəyini açıqladı

Seçkilər demokratik normalara uyğun, şəffaf və ədalətli keçirilib"

Azərbaycanda Vətəndaş Cəmiyyətinə İnkişaf Assosiasiyası (AVCİYA) bələdiyyə seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb. SİA-nın xəbərinə görə, qurumun bu gün keçirdiyi mətbuat konfransında qeyd edilib ki, bələdiyyə seçkiləri ilə bağlı yekun hesabat 8 yanvar 2015-cü il tarixinədək ictimaiyyətə təqdim ediləcək.AVCİYA-nın ilkin rəyinə görə, müşahidə aparılan 400 məntəqədə seçici fəallığı 39,7% təşkil edib. Rəydə bildirilir: "Seçki günü bəzi çatışmazlıqlar müşahidəçilərimiz tərəfindən qeydə alınmışdı. Məsələn, ailə başçısının ailə üzvlərinin əvəzinə səs vermək cəhdi, müşahidəçilər üçün yerlərin əlverişli seçilməməsi, səsvermənin nəticələrinə dair protokolun surətinin müşahidəçilərə verilməsinin yubadılması və digər bu kimi faktlar barədə Mərkəzi Seçki Komissiyasının nümayəndələrinə dərhal məlumat verilib və operativ müdaxilə nəticəsində qeyd olunan nöqsanlar aradan qaldırılıb.Beləliklə, AVCİYA həyata keçirdiyi müşahidələrin nəticələrinə əsaslanaraq Azərbaycan Respublikasında 23 dekabr 2014-cü il tarixində keçirilən bələdiyyə seçkilərini baş tutmuş hesab edir. Seçkilər demokratik normalara uyğun, şəffaf və ədalətli keçirilib".

sia.az

Digər xəbərlər