Bu gün Yeni Azərbaycan Partiyasının təşklatçılığı ilə "İnkişafın 10 ili: 2004-2014" adlı konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, millət vəkilləri, dövlət və hökumət nümayəndələri, ziyalılar və media nümayəndələri iştirak edib.Konfransı giriş nitqi ilə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov açaraq deyib ki, Azərbaycan son 10 il ərzində həqiqətən də ciddi regional faktora və güclü dövlətə çevrilib: "Hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın son 10 ildə əzəmətli inkişafı bir başa Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın bu inkişafını 21-ci əsrin ilk 10 ilinin iqtisadi möcüzəsi adlandırmaq olar. Ötən müddət ərzində ölkəmizin iqtisadiyyatı 3 dəfə artıb. Bu illər ərzində ölkədə həyat bütünlüklə dəyişib. Bu gün Azərbaycan möhtəşəm müasirləşmə dövrünü yaşayır. Bu, təkcə iqtisadi dəyişiklik deyil, insanların nəzərində olan dəyişiklikdir. Bu gün Azərbaycan xalqı sabaha ümidlə baxır".Ə.Əhmədov həmçinin bildirib ki, hər bir ölkənin inkişafı, onun beynəlxalq aləmdəki nüfuzu ilə də ölçülür: "Ölkəmiz beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilə bilib. Azərbaycan regionun ümumi mənzərəsinə təsir edə bilən bir dövlətə çevrilib. Ölkəmiz son 10 il ərzində həqiqətən də ciddi regional faktora və güclü dövlətə çevrilib. Dövlətimizin həyata keçirdiyi regional layihələr Azərbaycanın beynəlxalq və regional nüfuzunun artmasında böyük rol oynayıb. Azərbaycan son 10 il ərzində dövlət basçısının rəhbərliyi ilə böyük inkişaf yoluna qədəm qoyub".İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev deyib ki, əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün bu rəqəm 80-nin üzərindədir: "Son 10 il ərzində 174 dövlət proqramı təsdiq edilib. 10 ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib, ümumdaxili məhsul istehsalı 3 dəfə artıb: "Son illər dünyanın bir çox ölkələrində yaranan iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Dünya iqtisadiyatında cərəyan edən böhranın Azərbaycana təsirinin qarşısının alınmasında ölkə başçısı İlham Əliyevin xüsusi tapşırıqları var. Ölkədə qeyri neft sektorunun inkişafı göz qabağınadır. Eyni zamanda metallurgiya sahəsində yeni inkişaf mərhələsini qeyd etmək yerinə düşər. Son illər 100-lərlə müəssisə açılıb. Qeyri neft sənayesi 2,2 dəfə artıb. Bu ilin sənaye ili elan edilməsi ölkədə sənayenin inkişafını sürətləndirib"."Hazırda dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının dəyərləndirməsinə görə, Azərbaycan iqtisadi keçid dövrünü uğurla başa vuran ölkələr sırasında ilk yerlərdə dayanıb". Bunu isə energetika naziri Natiq Əliyev deyib. Bildirilib ki, ölkənin ilkin inkişafı əsasən neft sektoru hesabına olub: "Azərbaycanda neft sənayesi iqtisadi inkişafın özəyini təşkil edir. Qaz istehsalında da inkişaf göz qabağındadır. Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib. Ölkədə enerji istehsalı son 10 ildə 40 faiz artıb. Ölkədə 10 yeni elektrik stansiyası tikilib. Azərbaycanda elektrik enerjiinin ixracının həcmi artıb. İdxal edilən elektrik enerjisindən 5 dəfə çoxu ixrac edilir".Daha sonra Rabitə və Yüksək texnologiyalar naziri Əli Abbasov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək son 10 il ərzində ölkəmizi qazandığı uğurlardan danışıblar.
sia.az