PDF Oxu

Siyasət

  • 12

Həsən Kərimov: “Müsavatçıların məni qınaq obyektinə çevirməsi təsadüfi deyil”

Həsən Kərimov: “Müsavatçıların məni qınaq obyektinə çevirməsi təsadüfi deyil”

CAVAB

"Mən ölkəmizdə gedən ictimai-siyasi proseslərlə daha çox maraqlanıram, nəinki Müsavat Partiyasının daxilində baş verən hadisələrlə!" Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəylinin "Həsən Kərimovu yalnız AXCP tərəfdarları maraqlandırır" ittihamına cavab olaraq deyib.AXCP rəsmisi bir daha eyni fikirdə qaldığını deyərək, Müsavatın hakimiyyətə işlədiyini bildirib: "Müsavatın son zamanlar atdığı addımlar o partiyaya olan münasibətimi tamamilə dəyişib. Onlar mənim maraq dairəmdə deyil. Bu baxımdan da onların məni qınaq obyektinə çevirməsi təsadüfi deyil".

sia.az

Digər xəbərlər