"QHT-lərin fəaliyyəti cəmiyyətimiz üçün çox önəmlidir. Ancaq QHT-lərin maliyyə mənbələrini açıqlamırlarsa, onlar mahiyyəti bəlli olmayan xarici təşkilatlardan qrantlar alaraq milli mənafeyimizə ziddi fəaliyyət göstərirlərsə, o zaman bu QHT-lərin fəaliyyəti araşdırılmalı, onlar haqqında sərt cəza qanunları həyata keçirilməlidir". Bu fikirləri SİA-ya açıqlamasında ekspert Vüqar Əsgərov bildirib.Onun sözlərinə görə, bəzi QHT-lərin fəaliyyətində ciddi nöqsanlar var: "Onlar daha çox siyasi fəaliyyətlə məşğul olan qurumlardır. Halbuki QHT-lərin siyasiləşməsi qətiyyən yolverilməzdir. QHT-lər müstəqil şəkildə, heç bir qərəz olmadan işləməlidirlər. Təsadüfi deyil ki, "Freedom House", "Human Rights Watch" kimi xüsusi xidmət orqanlarının əlaltısı olan beynəlxalq qurumlar məhz daha çox qərəz nümayiş etdirən, provokasion materiallarla çıxış edən QHT-lərin hesabatları üzərində bəyanatlar yayırlar".
sia.az