"Artıq Dağlıq Qarabağın Ermənistanın ərazisi olmadığı fikrini digərləri də təsdiq edəcəklər". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "İrs" partiyasının sədri Raffi Ovannisyanın Ermənistanın Avrasiya İttifaqına qoşulması ilə rəsmi İrəvanın artıq Dağlıq Qarabağ kimi "yaradan" qurtulması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.Mərkəz sədrinin sözlərinə görə, Ermənistanda fəlsəfə elmləri doktoru Manasyan adlı bir psixi yəni, ruhi xəstə var: "Yalnız bu şəxsdən başqa bütün Ermənistan ictimai-siyasi mühiti başa düşür və bilir ki, Dağlıq Qarabağ Ermənistanın deyil əksinə Azərbaycan dövlətinindir. Ümumiyyətlə, bütün tarix, ad bunu deyir. 200 il bundan əvvəl Çar Rusiyası gəlib buranı işğal edərkən və müqavilə imzalanarkən həmin ərazinin adı Qarabağ yazılıb. Sözügüdən müqavilədə nə Rusiyanın əleyhinə, nə də lehinə səs verənlərdən bir dənə də olsun erməninin adı olmayıb. Yəni, artıq bütün Ermənistanın elitası bunu başa düşür. Amma məsələ bundadır ki, onlar o qədər həyasız adamlardır ki, indiyədək bunu etiraf etmək istəməyiblər. Nəhayət onlar indi anlayır ki, Ermənistan Avrasiya İttifaqına qoşulmaqla, Rusiya rəsmi İrəvana təzyiq edəcək ki, Qarabağı qaytarsın və Azərbaycanı özünə yaxınlaşdırsın. İndi onlar guya həqiqəti bilən adamlar kimi, bu cür bəyanatlar verirlər. Düşünürəm ki, hələ bir qədər sonra belə bəyanatların sayı daha da artacaq. Məsələn, iki il bundan qabaq dünyaca məşhur erməni Edvard bildirmişdi ki, "əgər Ermənistanın ağlı varsa, Dağlıq Qarabağı qaytarsın və Azərbaycan Prezidenti İlham Əliyevdən nə ala bilirsə alsın". Bu cür düşününən adamların sayı artıq get-gedə artır. Artıq Dağlıq Qarabağın Ermənistanın ərazisi olmadığı fikrini digərləri də təsdiq edəcəklər".
sia.az