PDF Oxu

Siyasət

  • 12

Millət vəkili: “Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya çıxır”

Millət vəkili: “Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya çıxır”

"Müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası yarandığı gündən sivil siyasi mübarizə platformasını irəli sürüb və həmişə də buna riayət edir". Bunu SİA-ya millət vəkili Musa Quliyev Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən seçkilərdəki qalibiyyətini şərtləndirən amillərdən danışarkən deyibM.Quliyev qeyd edib ki, Ümummilli Lider, partiyanın yaradıcısı Heydər Əliyev həmişə qanun, hüquq və vətəndaşların seçim azadlığı prinsipini yaradaraq partiyanın bu xətlə inkişafını tövsiyə edib: "YAP-ın proqramında da ancaq, seçki yolu ilə hakimiyyət gəlmək, seçmək-seçilmək, xalqın iradəsi hakimiyyətdə qalmaq YAP-ın əsas siyasi xəttidir. Yarandıqdan sonra keçirilən bütün seçkilərdə YAP qalib gəlib. Bu da ondan irəli gəlir ki, partiya verdiyi vədi, irəli sürdüyü platformanın arxasında olub və real vədlərlə çıxış edən bir siyasi təşkilatdır. Məhz bu YAP-ın əsas gücüdür və xalqın partiyamıza inamının mənbəyidir".Partiyamızın lideri, ölkə başçısı İlham Əliyevin 2003-cü ildən bəri gördüyü işlər və bütün sahələrdə əldə edilən uğurlar heç şübhəsiz ki, partiyamıza vətəndaşların inamını daha da artırıb. Məhz cənab Prezident İlham Əliyevin siyasi xətti, həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya çıxmaqdadır" – M.Quliyev vurğulayıb.

sia.az

Digər xəbərlər