"Bu ilin dekabrın 23-də Azərbaycanda keçirilən Bələdiyyə seçkilərində müxalifətin məğlubiyyətini şərtləndirən amillər xeyli saydadır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.YAP rəsmisinin sözlərinə görə, seçki prosesinə start verilən andan etibarən "Səs" qəzetində və digər mətbuat orqanlarında bir-birindən rəngarəng analitik və gözəl yazılar dərc olunub. Əgər biz həmin yazılara nəzər salsaq görərik ki, burada müxalifət əlini əlinin üstünə qoyub heç bir iş görməyərək, yalnız ona-buna şər, böhtan atmaqla məşğul olub: "Müxalifət mətbuatı ancaq dünyagörüşünə uyğun yazılar dərc edib. Onlar seçki prosesi ilə məşğul olmaq, eyni zamanda yerlərdə öz namizədlərini vermək əvəzinə boş-boş cəfəngiyyatla, ona-buna iftira atmaqla məşğul olublar. Bəs gəlin görək onlar öz namizədlərini niyə verə bilmədilər? Çünki, onların namizədləri və dəstəkləyənləri yox idi. Yazılarda həmçinin göstərilirdi ki, seçki prosesi çox uğurla başa çatdıqdan sonra müxalifət seçkilərə qara yaxacaq və iftiralar atacaq. Yəni, bu, onların xroniki xəstəliyidir. Azərbaycan cəmiyyəti, vətəndaşları da artıq bilir ki, müxalifət öz mətbuatında bütün seçkilərdə, seçkiyə qədərki dövrdə passiv olurlar və seçkidən sonra qızışırlar. Sadəcə olaraq müxalifətin gücü, elektoratı və arxalarında gedən insanlar yox idi ki, onlar da öz namizədliklərini versinlər və seçki prosesində iştirak etsinlər. Əgər onlar seçkilərdə iştirak etmirlərsə, deməli məğlub sayılmalıdır".
sia.az