PDF Oxu

Siyasət

  • 12

Nizami rayonunda Həmrəylik Günü qeyd edilib TƏDBİR

Nizami rayonunda Həmrəylik Günü qeyd edilib TƏDBİR

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Nizami rayonunda "Qayğı" Sağlam Nəsil Naminə İctimai Birliyinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.Tədbirin birinci hissəsi "Qayğı Uşaq Reabilitasiya Mərkəzi"də Nizami rayon uşaq və gənclərin yaradıcılıq mərkəzinin kollektivlərinin müxtəlif əyləncəli çıxışları ilə keçirilib. İkinci hissəsi isə "Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi"də baş tutan tədbirdə Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, "Qayğı" Sağlam Nəsil Naminə İctimai Birliyinin sədri, YAP Nizami rayon təşkilatının Gənclər Birliyi İdarə Heyətinin üzvü Sevinc Abdullayeva çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi ilə bağlı qərarından sonra hər il dekabrın 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edildiyini bildiriblər.Vurğulanıb ki, 2001-ci il noyabrın 10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının birinci qurultayı qüdrətli Azərbaycana gedən yolun bütün azərbaycanlıların milli birliyindən keçdiyini sübut etdi. Bununla da, Ümummilli Lider Heydər Əliyev minillik tariximizdə dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən böyük dövlət xadimi oldu.Daha sonra Daun Sindromlu Şəxslərin Reabilitasiya və "Qayğı" Uşaq Reabilitasiya mərkəzlərinin kollektivlərinin ifasında musiqili proqram nümayiş etdirilib. Sonda uşaqlara hədiyyələr təqdim edilib.

sia.az

Digər xəbərlər