"Əvvəlla, bu gün müharibədən danışmaq tezdir. Çünki Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar davam etdirilir. Əgər müharibə olarsa, Rusiya istər-istəməz bu müharibəyə qoşulacaq". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Astan Şahverdiyev bildirib.Rusiyalı hərbi ekspert Aleksandr Qoltsun "Ermənistan və Azərbaycan arasındakı müharibədə Rusiya ordusu iştirak etməyəcək" fikrinə münasibət bildirən A.Şahverdiyev vurğulayıb ki, Azərbaycanla Ermənistan arasındakı müharibə başlasa, düşmən dövlət heç bir ölçüyə gəlməyən itkilər verəcək və bir dövlət kimi mövcudluğunu itirəcək: "Lakin ortada bir fakt var ki, Rusiyanın Ermənistanda, Qarabağda hərbi bazaları var. Rusiyanın mütəmadi olaraq Ermənistana hərbi yardımlar etməsi, silahlar verməsi də hər kəsə bəllidir. Deməli, Rusiya bu prosesdən kənarda dayana biməyəcək. İstənilən halda isə, Ermənistan tərəfindən çıxış edən hər hansı bir dövlət yalnız peşmançılıqla üzləşəcək. Lakin bu gün müharibə anonsu vermək real görünmür, hələki danışıqlar prosesi tükənməyib".
sia.az