PDF Oxu

Siyasət

  • 14

"Milli-mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda konfrans keçirilib

"Milli-mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda konfrans keçirilib

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda DQİDK-nın sədri Mübariz Qurbanlı, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov, dəmiryol idarəsinin əməkdaşları və media nümayəndələri iştirak edib.Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov çıxış edərək deyib ki, bu il ərzində dəmiryol nəqliyyatında mühüm irəliləyişlər əldə olunub. Bildirilib ki, Azərbaycan xalqı dünya xalqları arasında özünün milli-mənəvi dəyərləri, təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri ilə seçilir. Uzun illər aparılan işlər zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan xalqı əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra "Qurban", "Novruz", "Ramazan" kimi dini milli bayramlarımız rəsmi səviyyədə, təntənəli surətdə qeyd olunmağa başlandı. Milli-mənəvi dəyərlərin qorunması strategiyasının əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Hələ Sovetlər birliyi dönəmində də milli-mənəvi dəyərlərinə sadiq olan, din xadimlərimizi təzyiqlərdən qoruyan Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri olduqdan sonra da milli-mənəvi dəyərlərimizin inkişafı, milli bayramlarımızın, dini tarixi abidələrimizin, adət-ənənələrimizin dirçədilməsi xüsusən İslam mədəniyyəti nümunələri olan – məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası üçün bütün imkanlardan istifadə edib".DQİDK-nın sədri Mübariz Qurbanlı diqqətə çatdırıb ki, bu kimi görüşlər ayrı-ayrı idarələrdə, ali təhsil ocaqlarında və s. mütəmadi olaraq davam etdirilir: "Müasir müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də məhz Ümummilli Liderimizdir. Heydər Əliyev siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakının Binəqədi rayonunda tikilmiş Heydər məscidinin son dövrlər müsəlman ölkələrində tikilən məscidlər içində dizaynı və quruluşuna görə analoqu yoxdur. Postsovet, müsəlman ölkələrində əvəzolunmaz məsciddir".M. Qurbanlı bildirib ki, insanlar arasında ayrı-seçkilik və onların sıxışdırılması təhlükəli nəticələrə gətirib çıxara bilər: "İslam dini bəşəriyyətin ən qabaqcıl dinlərindən biridir. İslam səmavi dinlər içində ən mükəmməli hesab olunur. İslam iudaizm, xristianlıqda yol verilmiş qüsurları aradan qaldırdı. Azərbaycanda İslam dini ilə yanaşı, müxtəlif dinlərin nümayəndələri və icmaları fəaliyyət göstərir. Dövlət onların fəaliyyətinə maneçilik törətmir".Konfransa diskussiya şəklində yekun vurulub.

sia.az

Digər xəbərlər