PDF Oxu

Siyasət

  • 19

Zahid Oruc: “Sarkisyan erməni xalqına ən böyük pisliyin nümunəsidir”

Zahid Oruc: “Sarkisyan erməni xalqına ən böyük pisliyin nümunəsidir”

"Sarkisyanın hakimiyyətdə olduğu illər ərzində erməni xalqına vurduğu ən böyük zərbələrdən biri ənənəvi olaraq hər zaman dövlətin yanında olan, dünyada bu ölkənin mövqeyini qoruyub saxlayan lobbi birlikləri arasında çox böyük parçalanmaları meydana çıxarmasıdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc bildirib.Onun sözlərinə görə faktiki olaraq xarici ölkələrin ictimai və siyasi həyatında aktiv mövqeyə malik olan erməni diaspora birlikləri Sarkisyanı tanımır, onu qəbul etmirlər və haqlı olaraq da ona qarşı yardımlarda bulunmurlar: "Bu isə öz-özlüyündə dövlətlə diasporalar arasında ciddi böhran vəziyyəti yaradır və bu onun sonuncu xarici səfərlərində də açıq şəkildə üzə çıxdı. Hətta təşkilatı olaraq lobbi birliklərini ram edib bu görüşlərə gətirməsinə baxmayaraq həmin polemikalar zamanı diaspora təmsilçiləri Sarkisyan rejiminin əleyhinə çox kəskin bəyanatar səsləndirdilər. Mənim fikrimcə bütün bu hadisələr saxta "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə də özünü büruzə verəcəkdir. Yəni vahid mərkəzdən idarə olunan tədbirlərdən danışmaq mümkün olmayacaq yalnız Okeaniyanın bir neçə kiçik dövlətlərini çıxmaq şərtilə, heç bir ölkə bunu qəbul etməyəcək. Sarkisyan erməni xalqına ən böyük pisliyin nümunəsidir. Bütün bunlar Türkiyə və Azərbaycan diasporalarının mövqelərini möhkəmləndirir çünki, bu ölkələrdə dövlətlə xaricdə yaşayan soydaşlar arasında yaxşı birlik və ciddi koordinasiyalar mövcuddur".

sia.az

Digər xəbərlər