PDF Oxu

Siyasət

  • 20

Ekspert: “Bu, dini maarifləndirmənin zəif təşkil edilməsindən irəli gəlir”

Ekspert: “Bu, dini maarifləndirmənin zəif təşkil edilməsindən irəli gəlir”

Müxtəlif qanunsuz silahlı qruplaşmaların tərkibində ölkə hüdudlarından kənarda hərbi əməliyyatlarda iştirak edən şəxslərin həbsi Azərbaycan cinayət məcəlləsinin müvafiq maddəsi ilə təsbit edilib və ona görə də həbs ediliblər". Bunu SİA-ya siyasi ekspert Arzu Nağıyev bəzi azərbaycanlı gənclərin müxtəlif qanunsuz silahlı qruplaşmaların tərkibində ölkə hüdudlarından kənarda hərbi əməliyyatlarda iştirakından danışarkən deyib.A. Nağıyev qeyd edib ki, bu şəxslər özlərini dindar adlandıraraq Suriya, İraq və Əfqanıstanda terrorist dəstələrə qoşulub, sonradan Azərbaycana qayıdaraq fəaliyyətlərini davam etdirmək istəyənlərdir: "Bunlar münaqişələrdə deyil, konkret hərbi birləşmələrin tərkibində əməliyyatlarda iştirak edənlərdir. Bu şəxslərin həmin ərazilərə getmələrinin birinci şərti özlərinin əqidə adı ilə müxtəlif qurumlara xidməti, maliyyə əldə etmək və ən başlıcası isə dini bisavadlıqlarıdır. Bu isə əlbəttə, dini maarifləndirmənin zəif təşkil edilməsindən irəli gəlir".

sia.az

Digər xəbərlər