PDF Oxu

Siyasət

  • 18

Elsəvər Mürsəlli sağ-salamatdır YALAN İFŞA OLUNDU

Elsəvər Mürsəlli sağ-salamatdır YALAN İFŞA OLUNDU

"Bu həyasızcasına atılan böhtandır"

"Bəzi üzdəniraq müxalifətyönlü qəzetlərdə, saytlarda yazıblar ki, mən intihar etmişəm. Bunu da, guya hökumətin məni sıxışdırmağı ilə əsaslandırırlar. Bu cür boş, cəfəngiyyyat dolu fərziyələri kiminsə adından səsləndirmələri utanc doğurur". Bu fikirləri SİA-ya keçmiş nidaçı Elsəvər Mürsəlli müxalifət mətbuatında intihar etdiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.Elsəvər Mürsəlli qeyd edib ki, bəzi müxalif mətbu orqanlar dövlətə, hakimiyyətə qarşı aqresiyasını onun üzərindən səsləndirməyə çalışırlar: "Hərkəsin ailəsində məişət problemləri ola bilər. Bunun dövlətlə nə əlaqəsi var, anlamıram. Mən sosial şəbəkədə kiçik bir status yazdım və bundan anında öz maraqları üçün istifadə etdilər. Bu yalan və həyasızcasına atılan böhtandan başqa bir şey deyil".

sia.az

Digər xəbərlər