"Düşünürəm ki, Müsavatdan ayrılanların "Siyasi dialoq və islahatlar" mərkəzi yaratması Müsavat Partiyasına alternativ yaratmağa hesablanıb". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.Partiya sədrinin sözlərinə görə, Müsavatdan ayrılanların çoxu sözügedən partiyanın qurucularıdır: "Heç kimə sirr deyil ki, bu gün Müsavat Partiyasında qalanların özlərinə də kəskin münasibət mövcuddur. Bu mənada hesab edirəm ki, onların burada iki yolu var. Ya Partiyada rəhbərliyi ələ almaq, ya da oranı tərk etmək. Artıq "Siyasi dialoq və islahatlar" mərkəzinin yaradılması belə, onların mütəşəkkil addım atdıqlarının sübutudur. Düşünürəm ki, onlar Müsavatda öz ideyalarını, arzularını gerçəkləşdirə bilməsələr, yəqin ki, partiya kimi formalaşacaqlar. Təbii ki, onlar bir təşkilat kimi formalaşacaqlarsa, Müsavat Partiyasına alternativ olacaqlar".
sia.az