"Xəzərin statusu haqqında konvensiyanın imzalanması prosesi 2016-cı ildə Astanada olacaq". SİA xəbər verir ki, bu fikriləri Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov "Novosti-Kazaxstan" agentliyinə bildirib.
İdrisov deyib ki, onun ölkəsi Astana sammitində ümumi razılığa gəlinəcəyinə ümid edir: "Yerdə qalan məsələlər də sammitdə öz həllini tapa bilər. Bununla Xəzərin statusunun siyasi tərəfləri də problem çərçivəsində çıxar. "Xəzər beşliyi" iştirakçıları Xəzərin statusu ilə yanaşı, regiondakı hərbi təhlükəsizliyi barədə də müzakirə aparacaqlar".
Xatırladaq ki, bu il bənzər əhəmiyyətli sammit Rusiyanın Həştərxan şəhərində keçirilib. Həmin sammitdə Xəzərin statusunun müəyyənləşdirilməsinə doğru atılan mühüm qərarlar qəbul olunub.
sia.az