PDF Oxu

Siyasət

  • 13

Mübariz Əhmədoğlu: “Təbii ki, biz də bunu tənqid edirik” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Təbii ki, biz də bunu tənqid edirik” AÇIQLAMA

"Hesab edirəm ki, rusiyalı hərbi ekspert Havelin hərbi rətinatlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda açılacaq humanitar mərkəzinin silah-sursat anbarı kimi istifadə olunacağı ilə bağlı dediklərinə bütöv yanaşmaq lazımdır". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, KTMT Dağlıq Qarabağda müharibə zamanı Ermənistanı müdafiə edə bilməz: "Çünki ən azından KTMT-nin tərkibində Qazaxıstan, Tacikistan, Qırğızıstan, Belarusiya var. Bir sözlə, bu təşkilatın tərkibində türkdilli müsəlman dövlətləri var. Ermənistanı müdafiə etsə-etsə bunu ancaq Rusiya edə bilər. Adından da göründüyü kimi bu Ermənistanda humanitar bir mərkəz kimi fəaliyyət göstərəcək. Heç kimə sirr deyil ki, işğalçı ölkə bəzən absurd qərarlar qəbul edir. Bu yaxınlarda rəsmi İrəvan Ərazi İdarəçiliyi və Fövqəladə Hallar nazirliklərini birləşdirdi. Guya ki, Ermənistanın ərazisində fövqəladə hallar tez-tez olur. Təbii ki, biz də bunu tənqid edirik. Amma Rusiyanın hazırda Ermənistana hərbi dəstək vermək niyyəti yoxdur. Beləcə, rəsmi Moskva Azərbaycanla münasibətləri çox üstün dəyərləndirir".

sia.az

Digər xəbərlər