"2014-cü il Azərbaycanın ictimia, siyasi, sosial, iqtisadi həyatının bütün istiqamətləri üzrə əlamətdar hadisələrlə yadda qalan oldu. Azərbaycan bu ildə öz iqtisadi inkişaf tempini qorumaqla və əldə olunan gəlirləri sosial sferaya yönəltməklə Ulu Öndər tərəfindən müəyyənləşdirilən sosial dövlət fəlsəfəsinin tələblərini yerinə yetirmiş oldu". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu 2014-cü ildə mətbuat sahəsində yaddaqalan hadisələri şərh edərkən deyib.
Hikmət Babaoğlu qeyd edib ki, 2014-cü il Azərbaycanda media üçün olduqca əhəmiyyətli il oldu: "Jurnalist peşəsinin təkminləşdirilməsi, ictimai nüfuzunun artırılması baxımından bir sıra tədbirlər görüldü. Belə ki, jurnalist fakültəsi üzrə universitetlərə qəbul olan tələbələrə xüsusi qaydalar müəyyənləşdirildi. Hər bir cəmiyyətin media instutu onun lokomativ ictimai instutu olmaqla, cəmiyyətdə yeni keyfiyyətdə sosial, intelektual münasibətlər formalaşdırır. İlk növbədə məhz bu keyfiyyətləri formalaşdıran instutun özünün intelektual və kreativ keyfiyyətləri öndə olmalıdır. Bu baxımdan hesab edirəm ki, bundan sonrakı mərhələdə jurnalistika cəmiyyyətimizin tələblərini doğruldacaq. Bundan başqa milli mətbautımız 2014-cü ildə baş verən hərbi-siyasi, siyasi psixoloji və yaxud hərbi-psixoloji proseslərdə bir növ özünü test etmiş oldu. Bu ilin avqust ayında cəbhə xəttində atəşkəsin pozulması bir növ Azərbaycan mətbuatını ekstermal vəziyyətə gətirdi. Hadisələrin davam etdiyi müddət ərzində media nəyə qadir olduğunu, həmçinin özünə yenidən tənqidi yanaşmalı olduğunu bir daha dərk emiş oldu. Media instututu bu gün sadəcə mexaniki informasiya ötürücüsü kimi fəaliyyət göstətərən ictimai nüfüz deyil, media eyni zamanda xalqın, dövlətin milli təhlükəsizliyini təmin edən vasitələrdən biridir. Hər bir ölkənin hərbi, siyasi, diplomatik gücü onun üçün nə ifadə edirsə, hansı funksiyanı yerinə yetirirsə, indiki mərhələdə media da həmin funkisyanı yetirən güc kimi ortaya çıxır. Bunun fonunda media instutunun nə qədər əhəmiyyətli, jurnalist peşəsinin isə nə qədər məsuliyyətli peşə olduğunu görürük. 2014-cü ildə Azətbaycan mətbuatı baş verən hadisələrin fonunda özünə yaxşı mənada təcrübə qazandığını söyləyə bilərik".Baş redaktor həmçinin onu da qeyd edib ki, 2014-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti, jurnalistlərimizin Böyük Dostu, Milli Mətbuatımızın Hamisi cənab İlham Əliyevin yanında fəaliyyət göstərən Fond vasitəsilə mediamızın il boyu maliyyələşdirildiyinin şahidi olduq: "Bu jurnalist peşəsinin daşıyıcıları üçün böyük bir tövfə, inkişafımızı təmin edən əsas vasitədir. Çünki maddi, iqtisadi dəstək olmasa media inkişaf edə bilməz. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) , Mətbuat Şurasının keçirdiyi layihələr çərçivəsində yerli icra orqanları, Qeyri Hökümət Təşkilatları və digər vətəndaş cəmiyyəti instutları ilə birgə işləmə ənənəsi formalaşdı. Bu da media ilə dövlət orqanları arasında sağlam körpünün yaranmasından xəbər verir".
Hikmət Babaoğlu eyni zamanda, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda edilən əlavə və dəyişikliklər haqqında da danışıb. O qeyd edib ki, qanunda edilən əlavə və dəyişikliklər məhz medianın məsuliyyətinin artırılmasına xidmət edən hüquqi əsaslardan birinə çevrildi: "Əminik ki, belə gözəl ənənələr 2015-ci ildə də davam edəcək. Ən əlamətdar hadisənin isə mətbuatın yaranmasının 140 illiyi münbasibətilə jurnalistlərə veriləcək mənzil mükafatları olacaq. Bu mükafat jurnalistə verilən ən böyük qiymət, ən böyük dəyərdir".
sia.az