"Ermənistanın iqtisadi, sosial həyatı tamamilə rəsmi Moskvaya bağlıdır"
"Heç kimə sirr deyil ki, ermənilər onsuz da təşviş içərisindədirlər". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Prezident İlham Əliyevin "tezliklə Dağlıq Qarabağı, eləcə də Göyçə və Zənzgəzuru ermənilərin azad edəcəyik" fikrinə və bundan işğalçı ölkənin böyük narahatçılıq keçirməsinə münasibət bildirərkən deyib.Millət vəkilinin szlərinə görə, ermənilər 1990-cı illərin əvvəllərində müəyyən qüvvələrin dəstəyi ilə Azərbaycandakı hakimiyyət boşluğundan və daxildəki hərc-mərclikdən istifadə edərək torpaqlarımızı işğal etdilər: "Amma faktiki olaraq onlar Dağlıq Qarabağı işğal etsələr də bu hüquqi münasibətlərdə özünü göstərmədi. Ümumilli Lider Heydər Əliyevin siyasəti nəticəsində və siyasi kursun cənab İlham Əliyev tərəfindən davam etdirilməsi sayəsində artıq dünyanın əsas beynəlxalq təşkilatları Qarabağın işğal olunduğu faktını qəbul edib, pisləyib və erməni qoşunlarının həmin ərazilərdən çıxmasını öz qətnamələri ilə tələb ediblər. Bu mənada artıq ermənilərin özündə belə bir inamsızlıq yaranıb ki, işğal etdikləri torpaqları əllərində saxlaya bilməyəcəklər. Bununla belə, Ermənistanın son illərdəki çox sürətli iqtisadi çöküşü, sosial vəziyyətin bərbad vəziyyətdə olması və demoqrafik proseslərin sönməsi bunu deməyə əsas verir".M. Quliyev hesab edir ki, işğalçı ölkədə dünyaya gələn uşaqların sayı faktiki olaraq ölənlərin sayından azdır: "Bu mənada hər il Ermənistanda demoqrafik itkilər baş verir. Eləcə də işğalçı ölkədə iş yerlərinin olmaması və yoxulluğunun ən pik həddə çatması erməniləri ölkələrindən çıxıb getməyə məcbur edir. Təxminən ildə 100 mindən çox erməni ölkəni tərk edir ki, bu da ölkənin boşalmasına gətirib çıxarır. Dağlıq Qarabağ münaqişəsi başlayana qədər Ermənistanda təxminən 4 milyondan artıq insan var idisə, hazırda orada 1 milyon yarım insan qalıb. Artıq onlar başa düşürlər ki, nəinki Dağlıq Qarabağı əllərində saxlaya bilməyəcəklər, eləcə də vaxtilə işğal etdikləri Azərbaycan torpaqlarını da tərk etməyə məcbur olacaqlar".YAP rəsmisi deyir ki, bu gün Azərbaycan ordusunun qüdrətlənməsi, dövlətimizin beynəlxalq nüfuzunun, iqtisadi gücünün artması istər erməni siyasətçilərini, istərsə də sadə erməniləri vadar edir ki, gec-tez Azərbaycanla münasibətləri bərpa etsinlər və ölkəmizin qoyduğu şərtlər daxilində yaşasınlar: "Ölkəmiz bu gün regionun lider dövlətidir. Rəsmi İrəvanın özü də dərk edir ki, onlar bütövlükdə Qafqazda gəlmə xalqdırlar və qonaq statusunda da yaşayırlar. Bu mənada hesab edirəm ki, cənab Prezidentin söylədiyi fikirlər tamamilə reallığı əks etdirir. Sadəcə bu, zamana bağlı bir məsələdir ki, tezliklə həll olunsun. Təbii ki, bu da çox uzaq bir zaman deyil. Əgər biz Rusiyadakı prosesləri də nəzərə alsaq görərik ki, ermənilərin iqtisadi, sosial həyatı tamamilə rəsmi Moskvaya bağlıdır. Bu gün işğalçı ölkənin müstəqil fəaliyyət göstərəcək heç bir infrastrukturu qalmayıb. Onlar aldıqları kreditin əvəzinə dəmir, hava yollarını Rusiyaya satıblar. Hazırda ermənilərin özlərini satmaqdan başqa heç nəyi qalmayıb. Beləcə, Ermənistan dövlətinin çöküşü artıq an məsələsidir".
sia.az