PDF Oxu

Siyasət

  • 17

Nərimanov Rayon Gənclər və İdman İdarəsi 2014-cü ili uğurla başa vurdu

Nərimanov Rayon Gənclər və İdman İdarəsi 2014-cü ili uğurla başa vurdu

Nəcəf Novruzov: "2015-ci ildə idarəmizin uğurlarının daha çox olacağına əminik"

Nərimanov Rayon Gənclər və İdman İdarəsi hər il olduğu kimi yola saldığımız 2014-cü ildə Azərbaycanın tarixi günləri, bayramları münasibətilə bir sıra tədbirlər həyata keçirib. Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun SİA-ya verdiyi məlumata görə, gənclərdə vətənrərvərlik ruhunu aşılamaq məqsədi ilə keçirilən 102 tədbirdə 17330 nəfər gənc iştirak edib.Nəcəf Novruzov qeyd edib ki, ölkəmiz üçün əhəmiyyət kəsb edən tarixi günlərin hansı zəmində yarandığını, hadisələrin baş vermə səbəbi haqqında uşaqları, yeniyetmələri, gəncləri məlumatlandırmaq, onların yaddaşlıarına bu tarixləri həkk etdirmək üçün bu kimi tədbirlərin həyata keçirilməsi idarəmiz üçün əhəmiyyətlidir: "Belə ki, 20 yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr edilən "Onları unutmaq olmaz!" adlı tədbiri buna misal olaraq göstərə bilərik.Daha sonra 2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə "Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir" adlı toplantısı keçirilib ki, bu da idarə tərəfindən gənclərə göstərilən diqqət və qayğının təcəssümüdür. Nəcəf Novruzov bildirib ki, bu məqsədlə keçirilən tədbirlərdə əsasən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Adil Əliyev, Rasim Musabəyov və bir sıra dövlət və qeyri hökümət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri, fəal üzvləri iştirak ediblər: "Bundan başqa bir sıra debatlar keçirilib ki, onlardan biri də rayon ərazisində yerləşən Məktəb-Lisey Kompleksində baş tutan "Milli mənəvi dəyərlərimizi qorumaq hər birimizin müqəddəs borcudur" mövzusundakı debatdır".Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəhbəri həmçinin xatırladıb ki, qurum tərəfindən rayonda fəaliyyət göstərən məktəblərdə müxtəılif mövzulara həsr olunmuş inşa müsabiqələri də keçirilib: "Məktəb şagirdləri arasında müxtəlif mövzuları əks etdirən və mütəmadi olaraq keçirilən inşa müsabiqələri təşkil olunur. Şagirdlərin belə müsabiqələrdə iştirakı onlara bir növ stimul verməklə yanaşı, həm də təhsilə olan maraqlarını və zəkalarını artırır". Nəcəf Novruzov ötən əsrin ən qanlı faciələrindən biri olan Xocalı hadisələrinə həsr olunmuş aksiyalar barədə də məlumat verib: "Xocalıya Ədalət Aksiyası çərçivəsində gənclərimiz Xocalı qətliyamını bir daha yada salıb, onun dunya birliyinə çatdırmaqda öz tövfələrini veriblər. Bu kimi silsilə tədbirlərin rayonun ali və orta ixtisas təhsil müəssisələrində təşkil olunması bir daha gənclərin bu mövzulara daha çox diqqət ayırmalı olduğunu göstərir"."İdarəmiz tərəfindən gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək üçün intektual oyunlar təşkil edilir"-deyə vurğulayan Nəcəf Novruzov eyni zamanda bildirib ki, "XƏMSƏ" Milli İntellektual Oyunu da bunlardan biridir: "Keçirilən oyunda rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbələrindən ibarət 7 komanda iştirak etmişdir. Onlardan I yeri Azərbaycan Turizm İnstitutunun komandası, II yerə Azərbaycan Koorerasiya Universitetinin komandası, III yerə isə "Təfəkkür" Universitetinin komandası tutmuşdur. Qalib gələn komandalar idarə tərəfindən dirlom və medallarla təltif olunublar. Tədbirlərin ümumi siyahısna nəzər yetirsək görərik ki, 2014-cü il bütün sahələri əhatə edəcək tədbirlər rlanı həyata keçirilib ki, ümumi olaraq bu ili uğurlu il kimi qiymətləndirmək olar. 2015-ci ildə idarəmizin uğurlarının daha da çox olacağına əminik".

sia.az

Digər xəbərlər