Karen Çşmarityan: "Rusiyaya tətbiq edilən sanksiyaların Ermənistana təsiri 2015-dən başlayacaq"
Artıq 2014-cü ilin son astanasındayıq. Azərbaycan artıq 11 ildir ki, böyük nailiyyətlərlə növbəti yeni ilə yüksək uğurlarla daxil olur. Lakin Ermənistanda başa çatan 2014-cü il əvvəlki illərdən daha da dəhşətli olub. Faktlar belə deməyə əsas verir ki, 2014-cü ildə ölkə uçurumun kənarınadək sürüklənmiş, sosial-iqtisadi vəziyyət "müstəqillik" tarixində görünməmiş dərəcədə pisləşmiş, kriminal vəziyyət dözülməz həddə çatmışdır.
Ermənistan iqtisadiyyat naziri Karen Çşmarityan dekabrın 27-də keçirilən mətbuat konfransında da 2015-ci ildə ölkənin iqtisadi durumunun daha ağır olacağının vurğulayıb: "Qərb və Rusiyanın qarşılıqlı sanksiyaları zamanı vəziyyətin gərginləşməsi zəminində Rusiya ilə bu və ya digər iqtisadi əlaqələri olan digər ölkələr kimi Ermənistana da təsirsiz ötüşməyəcək".
Jurnalistlər "digər ölkələr dedikdə nəyi nəzərə alırsınız" sualına aydınlıq gətirən Ermənistanın iqtisadiyyat naziri bildirib ki, "ölkədə vəziyyət gərgindir, dözülməzdir, digər ölkələr deməklə ictimaiyyəti sakitləşdirməyə çalışmaq istəyirəm".
Ancaq qəribəsi odur ki, işğalçı ölkənin iqtisadiyyat naziri nədənsə Ermənistan iqtisadiyyatının sərhəd ölkə olmayan Rusiyadan asılılığından danışmayıb. Ən maraqlısı isə nazir dəyə biləcək ziyanı da hesablamaqdan boyun qaçırıb. O qeyd edib ki, rəqəmlər sanksiyaların davamlı gedişi zamanı acınacaqlı ola bilər.
Qeyd edək ki, bütün qonşu ölkələrə torpaq iddiasında olan Ermənistan əsaslı regional iqtisadi layihələrdən kənardadır. Ölkəyə kömək edən əsas "donor" isə, bura sərmayə yatıran Rusiyadır
Demoqrafik durum və real vəziyyət
Göründüyü kimi, Ermənistannı iqtisadiyyat nazirinin faktları açıqlamasa da, işğalçı ölkədə demoqrafik durum hər şey aydın göstərir. Belə ki, yaşından və cinsindən asılı olmayaraq Ermənistan əhalisinin iki çıxış yolu qalıb: ya baş götürüb ölkəni tərk etmək, ya da könüllü olaraq həyatlarına qəsd etmək. Ölkəni tərk edənlər kimi, həyatdan da birdəfəlik gedən ermənilərin sayı ildən-ilə artır. Bunu Ermənistandakı rəsmi mənbələr də təsdiqləyir.
Serj Sarkisyanın bandokratiyasının idarə etdiyi bu məmləkətdə yaşayanların səbr kasaları hələlik dibsiz təsir bağışlasa da, günlərin birində siyasi kolliziya və sosial partlayış qaçılmazdır. Və onda yüz minlərlə erməni həyatlarını dəyişmək istəyərək qiyama, yaxud üsyana əl ataraq Cənubi Qafqazda böyük təhlükə mənbəyinə çevrilmiş məkan yarada bilərlər yox, artıq bu proses baş verir.
Ermənilər hətta yeni il ərəfəsində belə, ölkəəni tərk etmək barədə düşünməkdə davam edir. Artıq erməni diasporu da Ermənistana və Dağlıq Qarabağa yardım etməyi rədd edir. Nəticədə xalq hətta yeni il ərəfəsində belə, ölkəəni tərk etmək barədə düşünməkdə davam edir. Qarnı tox, gözü dolusu yaşamaq üçün...
Ölkəni tərk edə biləməyənlər isə növbəti dəfə Sarkisyan rejiminin alçaldıcı qərarları ilə üzləşməli olurlar. Məsələn, Ermənistanın "Qraparak" qəzetinin yazdığına görə, hökumət evindəki masasına çörək tapıb-qoya, ət qaynada bilməyən xalq üçün yeni il ərəfəsində "yeyib-içmək" krediti verməyə başlayıb. Kreditlər beş il müddətinə və 21 faiz civarında verilir. Miqdar isə 50 mindlə 2 milyon dram arasında dəyişir.
Ağır sosial vəziyyət və depressiya
Ermənistandakı intiharların əsas səbəbi ağır iqtisadi-sosial vəziyyət və depressiyadır. Bu haqda Ermənistanın səhiyyə nazirliyinin baş psixiatrı, nazirliyin ruhi xəstəliklər tibb mərkəzinin direktoru Samvel Torosyan məlumat verib: "Məhz sosial vəziyyətin ağırlığı üzündən Ermənistnda kişilər ömürlərinin işgüzarlıq cəhətdən aktiv çağlarında ailələrinin maliyyə problemlərini həll edə bilmədiklərinə görə intihar edirlər. Depressiyaya gəldikdə, bu, müxtəlif səbəblərlə bağlıdır. Məsələn, tənhalıq bizim respublikada intiharların yayılmasının daha bir səbəbi sayılır". O, digər səbəblər arasında dini motivləri də qeyd edib: "Baxmayaraq ki, belə faktlar da baş verir, amma indiki halda bunlar depressiyaya düşənlər və sosial problemlərə görə intihar edənlərlə müqayisədə xeyli azdır".
Bütün dünyada olduğu kimi Ermənistanda da qadınlar kişilərlə müqayisədə intihara daha çox cəhd edirlər. Psixoterapiya mütəxəssisi olan Tsolak Akopyanın sözlərinə görə, Ermənistanda da kişilər intihar niyyətlərini axıra qədər yerinə yetirməkdə daha israrlı olurlar. Akopyan onu da qeyd edib ki, kişilər özlərini asır, yaxud güllələyirlər, qadınlar isə müxtəlif dərmanlar qəbul edirlər: "Bu seçim onunla bağlıdır ki, qadınlar hətta intihara cəhd zamanı ölüm öncəsi necə göründüklərini düşünürlər".
Ekspertlər hesab edirlər ki, intiharların qarşısının alınması üçün psxoloji yardım üçün xüsusi mərkəzlər yaradılmalıdır, eləcə də psixoloqlar institutunu inkişaf etdirmək vacibdir.
Erməni ordusunda intiharların sayı çoxalır
Nəzərə alsaq ki, intihar, özünə və başqalarına qəsd etmə halları insanın psixoloji gərginliyinin əlamətləridir, o zaman Ermənistan ordusundakı vəziyyətin hansı dözülməz səviyyədə olduğu başadüşüləndir. Ermənlərin ordusunda intiharlar, əsgərlərin öz aralarındakı münaqişələri, ölüm halları artıq mütəmadi xarakter alıb. Bunun nəticəsi olaraq ölkənin içində baş qaldırmış ciddi narazılıq isə hökumət üçün başağrısına çevrilib. Hətta xeyli sayda erməni Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq Topal Seyrandan hesabat istəyiblər. Vəziyyətin belə ağırlaşdığını görən Sarkisyan hökuməti isə ictimaiyyəti sakitləşdirmək üçün yalan maşınını işə salıb. Hökumətə yaxın QHT və təşkilatların əliylə həyata keçirilən bu prosesin mərkəzində isə ordudakı ölüm hallarının gizlədilməsi və rəqəmlərin kiçildilməsi dayanır. Belə ki, həmin təşkilatların iddiasına görə, guya, erməni ordusunda intihar hallarının sayı azalmağa başlayıb.
Lakin erməni mətbuatı hökumətin yalanını çıxaracaq faktları ortalığa qoyduqdan sonra rəsmi qurumlar susmağa məcbur olublar. Qəzetlərin yaydığı məlumatlarda isə vurğulanır ki, təkcə bu ilin ilk 11 ayı ərzində Ermənistan ordusunda intihar edən əsgərlərin sayı 150 nəfərdən çox olub.
Beləliklə, ermənilər gec də olsa, anlamağa başlayıblar ki, bu rejimdən, Sarkisyandan qurtarmağın vaxtı gəlib çatıb.
A.SƏMƏDOVA