PDF Oxu

Siyasət

  • 10

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul edib. SİA-nın məlumatına görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova tərəfindən oxunan müraciətdə qeyd olunur ki, Azərbaycanın yeni tarixinə xalqımızın milli-mənəvi bütövlük arzusunun təcəssümü kimi daxil olmuş 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın dil, əqidə və əməl birliyinin yaradılmasını ümummilli vəzifə kimi irəli sürür. Sürətlə dəyişən dünyada xalqımızın gücünü bir yerə toplamaq əzmindən güc alan Həmrəylik Günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub. Müstəqilliyinin ilk illərində ağır sınaqlara çəkilən, gərgin və çıxılmaz vəziyyətlərə düşən Azərbaycan bir əsrdə ikinci dəfə qismətinə düşən istiqlaliyyətini Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri sahəsində qoruyub saxlaya bildi. Azərbaycan uçurumun bir addımlığından geri dönərək onu hədələyən bütün təhlükələrə sinə gərdi, cəmiyyət həyatında sabitliyə nail olaraq ardıcıl inkişaf yoluna çıxdı".Müraciətdə bildirilir ki, Heydər Əliyev yolunu yaradıcı sürətdə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə, bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilib. Azərbaycan 10 ildən artıqdır ki, dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yerini inamla qoruyub saxlayıb.Bildirilir ki, azərbaycançılıq amalının şüurlara və qəlblərə hakim kəsilməsinə yönəlik uzaqgörən dövlət siyasəti həyata keçirilir. Xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir.Milli Məclis dünya azərbaycanlılarını birliyə, milli-mənəvi dəyərlərimizin qorunmasına, ümummilli problemlərimizin həllində birləşməyə çağırıb.

sia.az

Digər xəbərlər