PDF Oxu

Siyasət

  • 17

Nizami rayonunda həmrəylik günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Nizami rayonunda həmrəylik günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Nizami rayonunda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ağacəkmə aksiyası keçirilib.Nizami rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının və rayon ərazisində fəaliyyət göstərən ictimai birliklərin iştirakı ilə keçirilən aksiyada rayonun Şirin Mirzəyev küçəsində səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb, 150-dək yeni ağac əkilib. Təzə əkilən ağaclar suvarılıb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.Keçirilən aksiyanın əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə tövfə verməkdir.

sia.az

Digər xəbərlər