PDF Oxu

Siyasət

  • 5

Çingiz Qənizadə: “Bu addıma kölgə salmaq əvəzinə, müsbət dəyərləndirmək lazımdır” MÜNASİBƏT

Çingiz Qənizadə: “Bu addıma kölgə salmaq əvəzinə, müsbət dəyərləndirmək lazımdır” MÜNASİBƏT

"Dövlət başçısı tərəfindən il ərzində bir neçə dəfə əfv sərəncamı imzalanır ki, bu da əfvə düşən insanlarla yanaşı onların ailə üzvləri, qohumları və ümumilkdə yüzlərlə insanın sevincinə səbəb olur. Bu humnaist addım üçün ilk öncə cənab Prezidentə təşəkkür edirik". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.Millət vəkili qeyd edib ki, belə humanist addımdan sonra bəzi insanların müxtəlif fikirlər səsləndirməsi doğru deyil: "Müəyyən adamların əfv siyahısında adlarının olmamasından narazı olanlar absurd fikirlər səsləndirirlər. Amma nəzərə alınmalıdır ki, qanun hamı üçün qanundur. Bu addıma kölgə salmaq əvəzinə, başqa don geyindirmək əvəzinə müsbət dəyərləndirmək lazımdır".Çingiz Qənizadə həmçinin, Ölkə Prezidenti müəyyən insanların azadlığa çıxması istiqamətində görülən tədbirlərə hətta İnsan Haqları üzrə İşçi Qrupunun yenidən təşkil olunmasını da daxil edib: "Qrupun idarə olunmasında Avropa Şurasının nümayəndəsi Aleksandr Gesse də daxil edilib ki, bu sahədə fəaliyyətə başlanılıb. Bunun müsbət nəticələr verəcəyinə inanırıq".

sia.az

Digər xəbərlər