Həsən Kərimov: "Onun ixtiyarı yoxdur"
"Rəsul Quliyev növbəti səhvini etdi. Çünki o bilməlidir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) düşərgədə hakimiyyətə qarşı çıxan ən real müxalifət partiyasıdır". Bu fikirləri SİA-ya AXCP-nin sədr müavini Həsən Kərimov fəaliyyətinə son qoymuş Açıq Cəmiyyət Partiyasının (ACP) sabiq lideri Rəsul Quliyevin AXCP və Müsavat partiyalarının rəhbərliklərinin dəyişdirilməsi zərurəti ilə bağlı önə sürdüyü fikirlərə münasibət bildirərkən deyib.AXCP rəsmisi bildirib ki, nə Rəsul Quliyevin, nə də başqa müxalifət partiyalarının AXCP barədə hər hansı bir qərar qəbul etməyə, iddialar irəli sürməyə ixtiyarı çatmır: "Rəsul Quliyev öz problemləri ilə məşğul olsa, daha yaxşı olardı".Həsən Kərimov həmçinin təmsil olunduğu təşkilatın qurultayının gecikdirilməsinə də münasibət bildirib: "2015-ci ildə qurultayımızı keçirməyi planlaşdırırıq. Ona görə də indidən ya Rəsul Quliyevin, ya da digər özlərini müxalifət partiyaları hesab edənlərin hər hansı fikir irəli sürmələri bizim üçün maraqlı deyil".
sia.az