PDF Oxu

Siyasət

  • 4

Prosesə start verilir

Prosesə start verilir

"Müsavat Partiyasının ikinci mühüm postuna, Ali Məclisiə alternativ namizəd olmadan seçkinin keçirilməsi partiyanın apardığı mübarizə və demokratiya prinsiplərinə ziddir". Bunu SİA-ya Müsavatdan istefa vermiş keçmiş partiya funksioneri Səxavət Əlisoy deyib.Onun sözlərinə görə, partiyanın yol verdiyi bu addım Müsavatda yeni narazı qrupun yaranmasına səbəb olacaq: "Müsavatda baş verənlərdən narazı olan və Məclis sədrliyinə namizədliyini vermiş Sabir Məmmədli idi. O, seçkiyə bir gün qalmış namizədliyini geri götürdü. Sabir Məmmədli tipli insanlar Müsavatda çoxdur. Sadəcə, bu gün hələlik Arif Hacılının yanındadırlar. Arif Hacılının anormal, antidemokratik fəaliyyəti, avtoritarizmə köklənmiş mahiyyəti gücləndikcə partiya sıralarında narazıların sayını artıracaq"."Demokratik Rifah Hərəkatı olaraq qarşıdakı həftə ərzində bir sıra rayonlarda şöbələrimizin yaradılma prosesinə başlayacağıq. Hesab edirəm ki, bu prosesin başlanması saxtakar Arif Hacılının ətrafında qalmış insanları düşünməyə vadar edəcək" - deyə, S. Əlisoy bildirib.

siaşaz

Digər xəbərlər