PDF Oxu

Siyasət

  • 8

Tahir Rzayev: “Ermənistan əsgəri qorxu və vahimə içindədir” MÜNASİBƏT

Tahir Rzayev: “Ermənistan əsgəri qorxu və vahimə içindədir” MÜNASİBƏT

"Azərbaycanın bütün sahələrdə inkişaf göstəriciləri yüksək olduğu kimi, hərbi sahədə də qüdrətinin güclənməsi nəticəsində Ermənistan təşviş keçirməkdədir". Bu fikirləri SİA-ya millət vəkili Tahir Rzayev son günlər Ermənistanın cəbhə xətti boyunca atəşkəsi intensiv surətdə pozmasına, eləcə də Azərbaycan ordunun düşmənə cavabını diversiya kimi qiymətləndirmələrinə münasibət bildirərkən deyib.Millət vəkili xatırladıb ki, Azərbaycan dövləti hərbi istiqamətdə xərclərini artırır və bu da ordunun güclənməsinə kifayət qədər zəmin yaradır: "Dövlət büdcəsindən hərbiyə ayrılan vəsaitin ildən ilə çoxaldılması sayəsində əsgərlərimizdə ruh yüksəkliyi hökm sürməkdədir. Artıq xarici dövlətlər, beynəlxalq təşkilatlar da Azərbaycanın qazandığı uğurların şahidi olmaqdadır. Bu baxımdan da Ermənistan əsgərləri qorxu, vahimə hissi içərisindədir. Onların əsgərlərimizi diversant kimi dünyaya göstərmələri də, məhz buna hesablanıb".Tahir Rzayev bildirib ki, işğalçı Ermənistan hökuməti beynəlxalq aləmdə Azərbaycan ordusunu təxribatçı qrup kimi göstərməklə, gözdən salmağa çalışırlar: "Silahlı Qüvvələrimizin guya təxribatlara əl ataraq cəbhə xəttində atəşkəsi pozduğunu bəyan edənlər özlərini sülhməramlı kimi təqdim etməyə çalışırlar. Əslində Ermənsitan Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasından da təşvişə düşüb. Rusiyanın hakim dairələrinin Azərbaycana olan münasibətləri onlarda bir həyəcan yaratmaqdadır ki, bunu da özlərinə məxsus şəkildə şərh edirlər. Onlar bu gün belə qənaət edirlər ki, əgər Rusiya Ermənistandan əlini çəksə, müdafiə etməsə az müddət ərzində Dağlıq Qarabağ işğaldan azad oluna bilər. Azərbaycan ordusu buna qadirdir. Ona görə də hay-küy yaratmaqla öz təxribatlarını ört-basdır etməyə çalışırlar".Millət vəkili işğalçı dövlətin müdafiə nazirinin acı etiraflarını da xatırladıb: "Məhz bu baxımdan Ermənistanın müdafiə naziri Seyran Ohanyan 2014-cü ilin sonlarında etdiyi çıxışında Ermənistan ordusunun acınacaqlı vəziyyətə olduğunu dilə gətirib. Əminik ki, onların bu acısı hələ bitməyəcək. 2015-ci ilin xalqımız, dövlətimiz üçün əlamətdar olacağına inanırıq. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi siyasət, ordu quruculuğu bunu deməyə əsas verir".

sia.az

Digər xəbərlər