PDF Oxu

Siyasət

  • 5

Elman Məmmədov: “Sarkisyan terrorçu səhra komandiridir”

Elman Məmmədov: “Sarkisyan terrorçu səhra komandiridir”

"Ermənistanın kəşfiyyat-diversiya qrupunun daha çox Azərbaycanın dinc sakinlərini hədəfə alması Sarkisyan rejiminin terrorşu rejim olduğunu bir daha təsdiqləyir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.Onun sözlərinə görə, bu məsələ ilə bağlı olaraq ortada təkzibolunmaz faktlar mövcuddur: "Serj Sarkisyanın özü də əvvəllər cinayətkar qruplara rəhbərlik edən səhra komandirlərindən biri olub. Cinayətkarın, terrorçunun, hərbi caninin rəhbərlik etdiyi bu dövlət hər zaman dinc əhaliyə qarşı müəyyən cinayət əməlləri törədib. Mən istəyərdim ki, beynəlxalq təşkilatlar bu məsələyə daha çox diqqət yetirsinlər. Məhz bu cür cinayət əməllərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla Azərbaycanın dinc sakinlərinin terror qurbanı olmasının qarşısını almaq olar. Bu yöndə müvafiq tədbirlər görülməlidir. Bu gün Azərbaycan ərazisində erməni kəşfiyyat -diversiya qrupu dinc əhaliyə qarşı, sözün əsl mənasında müharibə mövqeyi sərgiləyir. Təbii ki, Azərbaycan tərəfi də öz hərbi gücündən istifadə edərək bu qruplara qarşı mübarizə aparır. Ancaq beynəlxalq təşkilatların havadarlıq etdiyi Ermənistan dövlətinin bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün, bütün dünya ictimaiyətinin diqqətini bu məsələyə çəkmək lazımdır".

sia.az

Digər xəbərlər